V BÖLMƏ
ARMATUR, NƏZARƏT-ÖLÇÜ CİHAZLARI,
QORUYUCU QURĞULAR
5.1. Ümumi tələblər
5.1.1. Tutumların işinin idarə
edilməsi və
təhlükəsiz istismar şəraitini təmin etmək
məqsədilə, onlar təyinatından asılı olmayaraq aşağıdakı avadanlıqlarla təchiz olunmalıdırlar:
- bağlayıcı və ya bağlayıcı-tənzimləyici armaturla;
- təzyiqi ölçmək üçün cihazlarla;
- temperaturu ölçmək üçün cihazlarla;
- qoruyucu qurğularla;
- mayenin səviyyəsini göstərən göstəricilərlə.
5.1.2. Tezaçılan qapaqlarla təchiz olunmuş tutumlar qapağın tam bağlanmadığı və açılarkən
təzyiqin olduğu halda tutumun təzyiq altında işə salınmasının qarşısını alan qoruyucu qurğulara
malik olmalıdır. Belə tutumlar açar-markası olan qıfıllarla təchiz olunmalıdır.
Dostları ilə paylaş: