Qaydalar azərbaycan respublikasi


Təzyiqin artmasına qarşı qoruyucu qurğular



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə44/102
tarix02.06.2023
ölçüsü0,8 Mb.
#127581
növüQaydalar
1   ...   40   41   42   43   44   45   46   47   ...   102
R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları

5.5. Təzyiqin artmasına qarşı qoruyucu qurğular
5.5.1. Hər bir tutum (kombinasiya edilmiş tutumun boşluğu) təzyiqin yolverilə bilən
qiymətindən yuxarı artmasına qarşı qoruyucu qurğularla təchiz olunmalıdır.
5.5.2. Qoruyucu qurğular kimi aşağıdakı qurğular tətbiq edilir:
- yaylı qoruyucu klapanlar;
- lingli-yük qoruyucu klapanları;
- əsas qoruyucu klapandan (ƏQK) və birbaşa təsirli idarəedən impulslu klapandan (BİK) 
ibarət impulslu qoruyucu qurğular (İQQ);
- dağılan membranları olan qoruyucu qurğular (membranlı qoruyucu qurğular - MQQ);
- tətbiqi SİTGDMND Agentliyi ilə razılaşdırılmış digər qurğular;
Səyyar tutumlarda lingli-yük qoruyucu klapanların quraşdırılmasına icazə verilmir.
5.5.3. Yaylı klapanın konstruksiyası, yayın müəyyən olunmuş qiymət həddindən artıq
dartılma imkanını istisna etməli, yay isə yolverilməz qızmadan (soyudulmadan) və əgər yayın
materialına zərərli təsir göstərərsə, işçi mühitin birbaşa təsirindən qorunmalıdır.
5.5.4. Yaylı klapanın konstruksiyasını iş zamanı işçi vəziyyətdə məcburi açmaqla klapanın
saz olmasını yoxlamaq üçün qurğusu olmalıdır.
Əgər mühitin xassələrinə görə (partlayış- təhlükəli, alışqan, ГОСТ 12.1.007-76 üzrə 1-ci və
2-ci sinif təhlükəli) və ya texnoloji prosesin şərtlərinə görə mexanizmin quraşdırılması tövsiyə
olunmursa, qoruyucu klapanların məcburi açılmaq üçün mexanizmi olmadan quraşdırmasına
icazə verilir. Belə halda klapanların işlək vəziyyətdə olmasının yoxlanması stendlərdə həyata
keçirilməlidir.


5.5.5. Əgər tutumun işçi təzyiqi onu qidalandıran mənbəyin təzyiqinə bərabər və ya
artıqdırsa və tutumda kimyəvi reaksiyadan və ya qızdırılmadan təzyiqin artma ehtimalı
yoxdursa, onda tutum üzərində qoruyucu klapanın və manometrin quraşdırılması vacib deyil.
5.5.6. Tutum, onu qidalandıran mənbəyin təzyiqindən aşağı təzyiqə hesablanmışdırsa, giriş
boru xəttində manometr və qoruyucu qurğu ilə avtomatik zəiflədici (reduksiyaedici, azaldan)
qurğu quraşdırılmalıdır. Manometr və qoruyucu qurğu daha aşağı təzyiq olan tərəfdə zəiflədici
qurğudan sonra quraşdırılır.
Dövrələmə xətt (baypas) quraşdırıldığı halda o zəiflədici (reduksiyaedici) qurğu ilə təchiz
olunmalıdır.
5.5.7. Eyni təzyiq altında işləyən tutumlar qrupu üçün ümumi giriş xəttində, tutumlardan
birinə şaxələnməyə qədər olan yerdə manometr və qoruyucu klapan ilə birlikdə bir ədəd
zəiflədici qurğunun quraşdırılmasına icazə verilir.


Belə halda əgər bu tutumlarda təzyiqin artması istisna olunursa, tutumların özlərində
qoruyucu qurğuların quraşdırılması vacib deyil.
5.5.8. İşçi mühitin fiziki xassələrinin təsirindən avtomatik reduksiyaedici qurğu etibarlı
işləmədiyi halda sərf tənzimləyici qurğunun quraşdırılmasına icazə verilir. Bu halda təzyiq
artımından mühafizə nəzərə alınmalıdır.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin