Pasport istehsalçı-müəssiənin rəhbəri tərəfindən imzalanmalı və imza möhürlə təsdiq
edilməlidir.
Pasporta verilən partiyada membranla birgə yığımda istismara buraxılan vakuumaqarşı
dayaqların, sıxıcı və başqa elementlərin texniki sənədləri əlavə edilməlidir. Artıq istehlakçıda
olan bərkidici düyünlər üçün membranlar hazırlandığı hallarda texniki sənədlər əlavə olunmur.
5.5.20. Qoruyucu membranlar yalnız onlar üçün təyin olunmuş bərkidici düyünlərdə
quraşdırılmalıdır.
Membranların yığılması, montajı və istismarı üzrə işlər xüsusi öyrədilmiş personal
tərəfindən yerinə yetirilməlidir.
5.5.21. Xarici müəssisələr tərəfindən istehsal olunmuş qoruyucu membranlar yalnız
SİTGDMND Agentliyi tərəfindən müəyyən olunmuş qaydada verilmiş xüsusi icazə olduğu
halda istismara buraxıla bilər.
Dostları ilə paylaş: