Qaydalar azərbaycan respublikasi


 Membranlı qoruyucu qurğular açıq, baxış keçirmək və



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə48/102
tarix02.06.2023
ölçüsü0,8 Mb.
#127581
növüQaydalar
1   ...   44   45   46   47   48   49   50   51   ...   102
R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları

5.5.22. Membranlı qoruyucu qurğular açıq, baxış keçirmək və montaj - demontaj üçün rahat
yerdə yerləşdirilməli, birləşdirici boru xətləri onlarda olan məhsulun donmasına qarşı mühafizə
olunmalı, qurğular isə birbaşa tutumlara birləşmiş boru qollarında və ya boru xətlərində
quraşdırılmalıdır.
5.5.23. Membranlı qoruyucu qurğu qoruyucu klapanla ardıcıl (klapandan əvvəl və ya ondan
sonra) quraşdırıldığı halda membranla klapan arasındakı boşluq siqnallı manometri olan
(membranın saz vəziyyətdə olmasını yoxlamaq üçün) yanaşı (yan) borucuqla
əlaqələndirilməlidir.
5.5.24. Membranlı qurğuların sayı iki dəfə artırıldıqda, təkrar qoşulan qurğuların istənilən
vəziyyətində təzyiqin artmasından tutumların mühafizə olunmasını təmin etməklə, təkrar
keçirdici qurğuların membranlı qoruyucu qurğulardan əvvəl quraşdırılmasına icazə verilir.
5.5.25. Texnoloji proseslərin şərtlərindən asılı olaraq qoruyucu qurğuların saz vəziyyətinin
yoxlanma qaydası və müddətləri tutum sahibinin müəyyən olunmuş qaydada təsdiq etdiyi
qoruyucu qurğuların istismarı üzrə təlimatında göstərilməlidir.
Qoruyucu qurğuların işlək vəziyyətinin yoxlanmasının nəticələri, onların sazlanması barədə
məlumatlar, göstərilən əməliyyatları yerinə yetirən şəxslər tərəfindən tutumların növbəli iş
jurnalında qeyd olunur.
5.6. Mayenin səviyyəsini göstərən cihazlar.
5.6.1. Mühitlərin ayrılma sərhədinə malik olan tutumlarda, mayenin səviyyəsinə nəzarət
etmək lazım gəldikdə, səviyyə göstəriciləri tətbiq olunmalıdır.
Səviyyə göstəricilərindən başqa tutumlarda səs, işıq və başqa siqnalizatorlar, səviyyə üzrə
blokirovkalar quraşdırıla bilər.
5.6.2. Mayenin səviyyə göstəriciləri istehsalçının təlimatlarına uyğun olaraq quraşdırılır, bu
halda səviyyənin yaxşı görünməsi təmin olunmalıdır.



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin