5.6.7. Səviyyə göstəriciləri onları tutumdan ayırmaq və işçi mühitli təhlükəsiz yerə
yönəltməklə üfləmək üçün armaturla (kranlarla və ventillərlə) təchiz olunmalıdır.
5.6.8. Səviyyə göstəricilərində
şəffaf element kimi şüşə və
ya
slyuda tətbiq olunduğu halda
partlayış olarsa, personalı zədələrdən qorumaq üçün qoruyucu qurğu nəzərdə tutulmalıdır.
VI BÖLMƏ
QURAŞDIRMA, QEYDİYYAT,
TUTUMLARIN TEXNİKİ MÜAYİNƏ OLUNMASI,
İSTİSMARA İCAZƏNİN VERİLMƏSİ
6.1. Tutumlarin quraşdirilmasi
6.1.1. Tutumlar, adamların toplana biləcəyini istisna edən yerlərdə, açıq meydançalarda və
ya ayrıca dayanan binalarda quraşdırılmalıdır.
6.1.2. Tutumların aşağıdakı yerlərdə quraşdırılmasına icazə
verilir:
- binadan kapital divarla ayrılması şərti ilə istehsal binalarına
bitişik örtülü yerlərdə
(otaqlarda);
- sahə üzrə təhlükəsizlik qaydalarında nəzərdə tutulduğu
halda istehsal sahələrində;
- armaturu idarə etmək və ona baxış keçirmək üçün daxil olma imkanı və tutumun
divarlarının həm torpaq və həm də azan cərəyanların korroziyasından qorunması şərti ilə
torpağa
basdırmaqla.
Dostları ilə paylaş: