- qapalı neft və qaz hasilatı sisteminə (quyudan magistral borukəmərlərinə qədər) daxil
olan, qaz və qaz kondensatının nəql edilməsi və utilizasiyaya hazırlanması texnoloji prosesinə
aid olan tutumlar: separasiyanın bütün pillələrinin separatorları, kəsici separatorlar (qaz xəttində,
məşəl üzərində), absorberlər və adsorberlər, kondensatı, absorbentləri və inhibitorları,
qazsızlaşdıran həcmlər, kondensat yığanlar (toplayanlar), neft, qaz və kondensatın nəzarət və
ölçü tutumları;
- boşaldılan zaman vaxtaşırı təzyiq altında olan mayeləşdirilmiş qazların, mayelərin və
səpələnən maddələrin saxlanması və ya nəql edilməsi üçün tutumlar;
- nəqliyyat vasitələrinin mühərriklərini yanacaqla təmin etmək üçün təyin olunan və onların
üzərində quraşdırılan sıxılmış və mayeləşdirilmiş qazı olan tutumlar;
- yeraltı dağ hasilatında quraşdırılan tutumlar.
Dostları ilə paylaş: