2.9. “7. Qaynaq birləşmələrinin sınaqlarının
və tədqiqatlarının nəticələri” bölməsi
2.9.1. “Elementin adı...” qrafasında eynitipli qaynaq tikişlərinin nömrələri (işarələri)
qeyd olunmaqla, сынаг qaynaq birləşmələri hazırlanan detalın və ya yığım vahidinin adı
göstərilir.
Qaynaq tikişinin nömrəsi (işarəsi) qeyd olunmaqla detalın və ya yığım vahidinin adı,
tutum layihəsinin və ya qaynaq tikişlərinin tipi, sayı və yerləşməsi göstərilən pasportun бу
bölməsinə əlavə edilən eskizinin tərkibinə daxil olan qaynaq tikişlərinin yoxlama sxeminə
uyğun olmalıdır. Eskiz, 2N-li eskiz nümunə üzrə yerinə yetirilə bilər.
2.9.2. “Sınaqların keçirilməsi barədə sənəd” qrafasında sınağın keçirilməsi barədə
sənədin adı, nömrəsi və tarixi göstərilir.
2.9.3. “Mexaniki sınaqlar” qrafasında qaynaq birləşmələri üçün aşağıdakılar
göstərilir: 20
o
C temperaturda qaynaq birləşməsinin müvəqqəti müqaviməti
(möhkəmlik həddi); zərbə özlülüyünün qiyməti, sınaq temperaturu və nümunənin tipi;
20
o
C temperaturda əyilməyə sınaq zamanı opravkanın (sağanaq) diametri və əyilmə
bucağı.
Tikişin metalı və termiki təsir zonasının təsiri üçün “Mexaniki sınaqlar” qrafası texniki
sənədlərdə qeyd olunduğu halda doldurulur.
Tikişin metalı üçün “Mexaniki sınaqlar” qrafasında aşağıdakılar göstərilir:
20
o
C temperaturda müvəqqəti müqaviməti (möhkəmlik
həddi); qırılma zamanı nisbi uzanma;
мющкямlik.
“Mexaniki sınaqlar” qrafasında qaynağın temperatur-deformasiya təsiri meydana
çıxan termiki təsir zonası (tikişyanı zona) üçün zərbə özlülüyünün qiymətı, sınaq
temperaturu, nümunənin tipi və Brinel üzrə мющкямliyi göstərilir.
“Qiymətləndirmə”qrafasında mexaniki sınaqların nəticələrinin qiymətləndirilməsi və
normativ-texniki sənədə istinad (məsələn, “СИТЭДМН Аэентлийиinin qaydalarına
uyğun-dur) göstərilir.
2.9.4. “Metalloqrafik tədqiqatlar” qrafasında aşağıdakılar göstərilir: makro- və
mikrotədqiqatların aparılması barədə sənədin nömrəsi və tarixi; metalloqrafik
tədqiqatların nəticələrinin qiymətləndirilməsi və normativ- texniki
sənədlərə istinad (məsələn, “СИТЭДМН Аэентлийиinin qaydalarına uyğundur”).
2.9.5. “Qaynaqçının damğası” qrafasında elementlərin və yoxlama qaynaq
birləşmələrinin qaynaq tikişlərini yerinə yetirən qaynaqçının damğası göstərilir.
Əgər qaynaq tikişləri bir neçə qaynaqçı tərəfindən yerinə yetirilmişsə онларын
щамысынын damğaları göstərilməlidir.
|