Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə28/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   24   25   26   27   28   29   30   31   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

Sahibkarlıq sirri və rəqabət
. Yeni təsərrüfatçılıq subyektlərinin, o cümlədən 
sahibkarlıq təşkilatının rəqabət qabiliyyətinin yüksəldilməsində sahibkarlıq və ya 
kommersiya sirrinin mühafizəsi zəruridir. Sahibkarlıq sirri - müəssisələrin və 
sahibkarların qanunvericilik volu ilə qorunmaq hüququ vermiş müəssisənin və 
firmaların fəaliyyəti haqqındakı məxfi sənədlər və arayışlardır ki, hansı ki, onların 
yayılması təşkilatın maraqlarına zərər gətirir. Müəssisələr və sahibkarlar öz 
nailiyyətinin bütün tərəfləri haqqındakı informasiyanı qoruyub saxlamaq hüququna 
malikdirlər. Sahibkarlıq sirrini təşkil edən informasiyalara o məlumatlar daxildir ki, 
onlann açıqlanması və yayılması uyğun olaraq bazarda mövqelərin zəifləməsinə 
gətirib çıxanr. Bu da rəqabət aparan subyektlərin mənafeyinə xidmət edir. 
Sahibkarlıq sirri - 
hər şeydən əvvəl istehsal sirri olub, elmi-tədqiqat layihə-
konstruktor, texniki tədqiqatlar və istehsal prosesində yaradılan konkret məsələlərin 
həllini əhatə edir. Sahibkarlıq sirri həmçinin texniki və istehsal texnikası, 
layihələşdirilən və hazırlanan yeni məhsul növlərinin buraxılışını, onun maya 
dəyərini, qiymət və istehsalın təşkili ilə bağlı məlumatları da nəzərdə tutur. Eyni 
zamanda bu proseslərə konkret istehsal məsələlərinə aid idarəetmə metodları ilə 
bağlı xüsusi texniki qərarlar aid edilir. Sirrin xüsusi kommersiya aspektləri 
əməliyyatın hazırlanması və həyata keçirilməsi ilə əlaqədardır. 


Keçmiş İttifaqın iqtisadiyyatında kommersiya sirri dövlət sirri ilə əvəz 
olunmuşdu. İqtisadiyyatda bazar münasibətlərinin formalaşması kommersiya sirri 
ilə bağlı hüququn da bərpa olunmasına gətirib çıxarmışdı. Kommersiya sirrinin 
mövcudluğu müəssisə və təşkilatlan xoşməramlı olmayan tərəf müqabillərindən, 
intellektual fəaliyyətin məhsullarından (ixtiralar, innovasiyalar, kompüter 
proqramları, idarəetmə qərarları) pulsuz istifadə edilməsindən müdafiənin 
zəruriliyini formalaşdırdı. 
Firmalar öz fəaliyyətinin nəticələri, bu və ya digər kommersiya və istehsal 
nailiyyətlərini xarakterizə edən göstəriciləri, həmçinin alıcılar və kreditorlar 
tərəfindən onlara göstərilən etimadla bağlı informasiya vasitələrinə məlumatlar 
verirlər. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin