Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Təsərrüfat yoldaşlıqları və təsərrüfat cəmiyyətləri



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə33/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   29   30   31   32   33   34   35   36   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

Təsərrüfat yoldaşlıqları və təsərrüfat cəmiyyətləri. Bu subyektlər kollektiv 
sahiblmrlığın ən geniş yayılmış formalarındandır. Təsərüfat yoldaşlıqları və 
cəmiyyətlər nizamnamə kapitalında təsisçilərin (iştirakçıların) əmanətləri 
bölüşdürüldüyü hallarda kommersiya loşkilatları hesab edilir. 
Təsərrüfat yoldaşlıqları - iki və daha artıq fərdi sahibkarları öz səylərini və 
vəsaitlərini birləşdirməklə mənfəət əldə etmək məqsədi ilə birgə fəaliyyətidir. Bu 
zaman mənfəət iştirakçılar arasında bölüşdürülür. İdarəetmə qərarları birgə qəbul 
edilir, itkilər isə hər bir təsisçiyə aid edilir. 
Təsərrüfat yoldaşlıqları və cəmiyyətlərin ümumi cəhətləri aşağıdakılardan 
ibarətdir: 

təsisçilərin hesabına yaradılan, həmçinin fəaliyyət prosesində təsərrüfat 
yoldaşlığı və ya cəmiyyət tərəfindən istehsal edilmiş və ya əldə edilmiş əmlak yalnız 
mülkiyyətçilərə məxsusdur; 

onların hər ikisi müəyyən hüquqi təminatlara malik olmaqla kommersiya 
təşkilatları sayılır; 

onlar hüquqi şəxs kimi digər cəmiyyət və yoldaşlaqlarda iştirak 
edə bilərlər. 
Təsərrüfat yoldaşlıqlan və cəmiyyətlər öz təşkilat-hüquqi formalarına görə 
yaxın olsa da nəzarəçarpacaq fərqlərə malikdirlər. Belə ki, təsərrüfat yoldaşlıqları 
bu və ya digər şəxslərin birliyidir, cəmiyyətlər isə adətən käpitalın birliyi hesab 


edilir. Yoldaşlıq iştirakçıları sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 
Burada yalnız fərdi sahibkarlar və ya kommersiya təşkilatlan iştirak edir. 
Cəmiyyətlər isə bir şəxs tərəfindən də yaradıla bilər onlann və fəaliyyət növü 
məhdudlaşdırılmır. 
Məhdud məsuliyyətli cəmiyyətlər bir və ya bir neçə şəxs tərəfindən təsis 
edilir. Nizamnamə kapitalı təsisçilərin əmanətlərinin xüsusi çəkisinin həcminə 
uyğun bölüşdürülür. Təsis sənədlərinə təsisçilər arasında imzalanmış təsis 
müqaviləsi və onlar tərəfindən təsdiq edilmiş nizamnamə aiddir. Əgər cəmiyyət bir 
şəxs tərəfindən təsis edilirsə, onda təsis sənədi nizamnamə hesab edilir. 
Cəmiyyətin nizamnamə kapitalı iştirakçıların əmanətlərinin dəyərindən ibarətdir. 
Nizamnamə kapitalı cəmiyyətin əmlakının minimum həcmini müəyyən edir və 
kreditorların maraqlarına təminat verir. Ali idarəetmə orqanı cəmiyyət üzvlərinin 
ümumi yığıncağıdır. O, konkret olaraq ləğv olunar və yenidən təşkil edilə bilər. 
Cəmiyyətin hər üzvünün onun fəaliyyətində məcburi olaraq iştirakı tələb olunmur. 
Əlavə məsuliyyətli cəmiyyətlər. Mahiyyət etiban ilə məhdud cəmiyyətin növ 
müxtəlifliyidir. Aşağıdakı fərqli cəhətlərə malikdir. Kreditorların iddialarını təmin 
etmək üçün cəmiyyətin əmlakı kifayət etmədikdə iştirakçılar əlavə əmlak 
məsuliyyətinə cəlb edilirlər. Əlavə məsuliyyətin ölçüləri məhdudlaşdırılır. 
Məhdud məsuliyyətli cəmiyyətin üstünlükləri: 

çoxlu vəsait cəlb etmək imkanları; 

bir şəxs tərəfindən də yaradıla bilməsi; 
- iştirakçıların cəmiyyətin öhdəlikləri üçün məhdud məsuliyyət daşımaları. 
İstehsal kooperativləri - istehsal və digər təsərrüfat fəaliyyətini bir həyata 
keçirmək üçün vətəndaşların şəxsi əməyinə əsaslanan könüllü birlikdir. İstehsal 
kooperativlərinin təsis sənədi kooperativ üzv lərinin ümumi yığıncağında təsdiq 
edilmiş nizamnaməsidir. Kooperativ üzvlərinin sayı 5 nəfərdən az olmur. 
Kooperativdə mənfəət onun fəaliyyətində şəxsi əməyi ilə iştirak edən işçilər 
arasında bölüşdürülür. İstehsal kooperativlərinin üstünlükləri aşağıdakılardan 
ibarətdir: 

kooperativdə mənfəət onun üzvlərinin paylarına uyğun proporsional şəkildə 
bölüşdürülür, əmək fəaliyyəti əsas götürülür; 

qanunvericiliyə əsasən kooperativ üzvlərinin sayı məhdudlaşdırılmır; 



kooperativin idarə edilməsində onun bütün üzvləri eyni hüquqa malikdir. 
Unitar müəssisələr kommersiya təşkilatları hesab edilir, əmlakı bölünməz 
xarakter daşıyı. Unitar müəssisələrin nizamnaməsində bir sıra adi anlayışlarla 
yanaşı (adı, yerləşməsi və s.) müəssisənin fəaliyyət məqsədləri, nizamnamə 
yondunun həcmi və formalaşma mənbələri göstərilir. Unitar müəssisələr bir sıra 
xüsusiyyətlərə malidir. İlk növbədə unitar müəssisələr bölünməz mülkiyyət 
hüququna malikdir. Əmlakın mülkiyyətçisi adətən dövlət və bələdiyyə təşkilatlan 
olur. 
Unitar müəssisənin əmlakı bölünməz xarakter daşıyır, o heç bir şəraitdə 
paylara görə bölüşdürülmür. Digər kommersiya təşkilatlanndan əsas fərqibundan 
ibarətdir. Xüsusi əmlak statusuna malikdir. İdarəetmə baxımından mühüm fərqli 
cəhətləri yeganə rəhbərliyin olmasıdır. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin