Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Dövlət idarəetmə orqanları qarşısında



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə51/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   47   48   49   50   51   52   53   54   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

3. Dövlət idarəetmə orqanları qarşısında 
məsuliyyət 
Sahibkarların məsuliyyəti hər şeydən əvvəl inzibati-hüquqi pozuntularla 
müşayiət olunur. Qanuna zidd, zərərli fəaliyyət və ya fəaliyyətsizlik halları mövcud 
qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyət hesab edilir. 
İdarəetmə sferasında pozuntulara görə sahibkarların inzibati məsuliyyəti 
müxtəlif normativ aktlarla - qanunlarla. Prezident fərmanları, hökumətin qərarları 
ilə tənzimlənir. İnzibati və o cümlədən maliyyə məsuliyyəti bu və ya digər 
subyektiv hüquqların pozulması ilə deyil, əksinə ictimai və dövlət mənşəyinin 
pozulması ilə şərtlənir. Bu halda müxtəlif cərimələr tətbiq edilir. İnzibati 
cərimələrin tətbiqi mübahisəsiz qaydäda həyata keçirilir. Bir sıra hallarda sahibkar 
öz hüquqlarını müdafiə etmək üçün inzibati orqanların fəaliyyəti ilə bağlı 
məhkəməyə müraciət edir. 
Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin əsas istiqamətləri. 
1. 
Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsi müxtəlif sahibkarlıq 
strukturlannın yaradılması qaydasını və sahibkarlıq fəaliyyətinin ayrı-ayrı 
növlərinin lisenziyaİaşdırılmasını, həmçinin müəyyən edilmiş qaydalanın 
pozulmasına görə məsuliyyəti nəzərdə tutur. Bundan əlavə müəssisələrin 
qanunvericilikdə nəzərdə tutulmamış fəaliyyəti qadağan edilir. Eyni zamanda 
qeydiyyatdan keçirilməmiş müəssisələrin fəaliyyətindən əldə olunan gəlirlər 


məhkəmə vasitəsi ilə cərimə edilir və yerli büdcəyə yönəldilir.
2. 
Sahibkarlıq 
fəaliyyətinin 
zəruri 
şərtlərinin 
formalaşması 
onun 
lisenziyalaşması adlanır. İnkişaf etmiş ölkələrdə ayn-ayrı fəaliyyət növlərinin 
lisenziyalaşması üzrə regionda İcra Hakimiyyətinin səlahiyyətli orqanlan 
fəaliyyətə təsir göstərir. Qanunvericilikdə nəzərdə tutulmuş lisenziya şərtlərinə 
əməl edilməzsə, o cümlədən keyfiyyətsiz məhsulların sayına və ya buraxılmasına 
digər hüquqi və fiziki şəxslər tərəfindən lisenziya verilirsə, ticarət, sanitariya və 
ekologiya qaydaları pozulursa, lisenziyalar ləğv edilir. 
Sahibkarlıq fəaliyyətinin ayrı-ayrı növləri üzrə lisenziyalaşma qaydası və 
lisenziyalaın ləğv edilməsi üzrə müvafiq məsuliyyət xüsusi qanunvericilik aktları 
ilə müəyyənləşdirilir. Əmtəə birjaları haqqında qanuna müvafiq olaraq birja 
ticarətinə lisenziyaların verilməsi tənzimlənir və əmtəə birjalarının 
lisenziyalaşması təlimat əsasında müəyyənləşdirilir. 
Mərkəzi Bank Kommersiya banklarının kredit fəaliyyətinə görə 
lisenziyalardan məhrum etmək hüququna malikdir. 
3. 
Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin əsas istiqamətlərindən 
biri təsərrüfat subyektlərinin inhisarçılıq fəaliyyətinin məhdudlaşması ilə bağlı 
hüquqi və təşkilati əsasnamələrin yaradılmasıdır. 
İqtisadiyyat Nazirliyi və onun ərazi orqanları qanunvericiliyi pozanlara və 
qeyri-xoşməramlı (haqsız) rəqabətə yol verənlərə qarşı müxtəlif sanksiyaların 
tətbiq olunma və onlara nəzarətetmə səlahiyyətinə malikdirlər. Antiinhisar siyasəti 
üzrə fəaliyyət göstərən orqan antiinhisar qanunvericiliyinin pozulmastnm 
qarşısının alınması, qanunvericiliyə uyğun olmayan müqavilənin dəyişdirilməsi 
və ya onların qarşısının alınması və ilkin vəziyyətə (proseduraya) qaytarılması ilə 
bağlı göstərişlərin icrası üçün sahibkarlardan məsuliyyət tələb etmək hüququna 
malikdirlər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan kommersiya və qeyri-
kommersiya təşkilafları bazarda hakim mövqeyə malik olmaqla antiinhisar 
qanunvericiliyini iki dəfədən artıq pozmuş olarlarsa İqtisadiyyat Nazirliyi onun 
məcburi bölünməsi və ya bir neçə struktur bölməsinə ayrılması ilə bağlı qərar 
qəbul etmək hüququna malikdir. Antiinhisar orqanlarının fəaliyyəti ilə bağlı 


təsərrüfat subyektlərinin işlərinə məhkəmə qaydasından baxılır. 
Antiinhisar orqanlarının göstərişlərinin yerinə yetirilməsinə görə zərərin 
yerinin doldurulması məqsədi ilə cərimələrin tətbiqi nəzərdə tutulur. Təsərrüfat 
subyektlərinə - müəssisələrə, sahibkarlara, antiinhisar qanunvericiliyinə müvafiq 
olaraq tətbiq edilən sanksiyalara məsuliyyət müəssisəni təmsil edən vəzifəli şəxsin 
üzərinə qoyulur.Əgər cərimələr könüllü olaraq ödənilməmişsə, onda antiinhisar 
orqanlarının təkidi ilə məhkəmə orqanları vasitəsilə ödənilir. 
4. 
Sahibkarlıq 
fəaliyyətinin 
dövlət 
tənzimlənməsinin 
mühüm 
istiqamətlərindən biri də dövlətin qiymət intizamının pozulmasına görə 
məsuliyyətin müəyyənləşdirilməsidir. Qiymət intizamının pozulmasına görə 
məsuliyyət bir sıra normativ aktlarla nəzərdə tutulmuş qiymət və tariflərin dövlət 
tənzimlənməsi ilə bağlıdır. Məhsul və xidmətlərin dövlət tərəfindən tənzimlənən 
qiymətlərinin yüksəldilməsi aşağıdakı hallarla bağlıdır: 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin