Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə68/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   64   65   66   67   68   69   70   71   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

Florensiya) meydana gəlmişdir. Birjaların meydana gəlməsi iri manufakturaların 
yaradılması və beynəlxalq ticarətin inkişafı ilə əlaqədardır. 1531-ci ildə Antverpen 
birjaları fəaliyyət göstərmişdir. Müasir iqtisadçılar bu birjaları “nəhayətsiz-sonsuz 
yarmarkalar” adlandırırlar. Antverpen birjasını ilk beynəlxalq birjalar sırasına aid 
edirlər. Həmin beynəlxalq birjaların ticarət əməliyyatlarında Avropanın əksər 
ölkələrinin tacirləri və əmtəə istehsalçıları iştirak edirlər. Bu birjalar xüsusi 
ərazilərə və məkanlara malik olur. Həmin birjaların giriş hissəsinə latın dilində 
aşağıdakı sözlər yazılmışdır: “Bütün xalqların ticarət adamları üçün”. 
Tarixə müraciət etsək, görərik ki, 1549-cu ildə Fransanın Lion və Tuluza 
şəhərlərində, sonralar isə l556-cı ildə Londonda birjalar yaranmışdır. 1790-cı ildə 
Yaponiyada düyü ticarəti üzrə birjalar fəaliyyət göstərmişdir. ABŞ-da ilk birjanın 
yaranması isə 1848-ci ildə Çikaqo birjalarının fəaliyyəti ilə bağlıdır. 1608-ci ildə 
yaranmış Amsterdam əmtəə birjasının mühüm əhəmiyyəti vardır. Tarixi 
araşdırmalar göstərir ki, Amsterdam birjasında ilk dəfə olaraq əmtəələrin 
nümunələri üzrə ticarət həyata keçirilmişdir. Sonralar isə həmin birjanın 
fəaliyyətində əmtəələr üçün orta keyfiyyət norması da müəyyənləşdirilmişdir. 


Birjalarda ayrı-ayrı məhsulların iri partiyalarla nümayiş etdirilməsi ticarətin 
səmərəli həyata keçirilməsinə imkan verməmişdir. Amsterdam birjaları qiymətli 
kağızlarla aparılan əməliyyatlar baxımından birinci birjalar hesab edilir.
İlk dövrlərdə yaranmış birjalarda real əmtəələrə daha çox üstünlük verilirdi. 
Buna da real əmtəə birjaları deyilirdi. Həmin birjalar bilavasitə ticarətin tələbatına 
xidmət edirdi, XIX əsrdə bu cür birjalar Avropanın əksər ölkələrində, həmçinin 
Şimali Amarikada və Yaponiyada geniş yayılmışdır.
Birja ticarətinin iştirakçıları haqqında müxtəlif ölkələrdə müxtəlif cür 
yanaşmalar mövcud olmuşdur. Bu yanaşmada birjalar iki növ müxtəlifliyi ilə 
fərqləndirilir; açıq və qapalı birjalar.
Açıq birjalarda ticarət bilavasitə təsərrüfat münasibətlərinin iştirakçılarının 
özləri vasitəsilə həyata keçirilir. Bu zaman real əmtəələrin satıcıları və alıcıları bu 
və ya digər ticarət imkanlarına malik olurlar. Alqı-satqı əməliyyatlarının həcminin 
artması ilə əlaqədar ixtisaslaşmış iştirakçıların cəlb edilməsinin zəruriliyi də 
meydana çıxır. Bu isə satıcılara və alıcılara əməliyyatlann həyata keçirilməsi 
zamanı vaxt itkisinin qarşısını almağa imkan verir. Keçid dövründə əksər hallarda 
qanşıq tipli açıq birjalar da fəaliyyət göstərir. Qarışıq tipli açıq birjalarda satıcılar 
və alıcılarla yanaşı vasitəçilər də iştirak edirlər. 
Qapalı birjalarda ticarət yalnız ixtisaslaşmış iştirakçılar tərəfindən həyata 
keçirilir. Qalan şəxslərin isə birjaların fəaliyyət göstərdiyi əraziyə daxil olması 
qadağan edilir. Qapalı birjaların fəaliyyəti əməliyyatların həyata keçirilməsi ilə 
bağlı müştərilərdən alınan sifarişlərlə sıx əlaqədardır. Birjalar müştərilərlə alqı-
satqı əməliyyatlarını həyata keçirmək məqsədi ilə birjanın yerləşdiyi xüsusi 
binanın ərazisində xüsusi xidmət strukturları yaradırlar. 
A. Filippovun qeyd etdiyi kimi, birjaların birinci tipinə - birja iştirakçılarının 
ümumi yığıncağı aid edilir. Bu qəbildən olan birjaların fəaliyyətinin tənzimlənməsi 
heç bir qanunvericilik normalarına malik olmur və həmin birjaların fəaliyyətinin 
tənzimlənməsi son dərəcə məhdud xarakter daşıyır. Hakimiyyət orqanları bu cür 
birjaların fəaliyyətinin ümumi qaydalarına nəzarət etməklə öz funksiyalarını bitmiş 
hesab edirlər. Hər bir arzu edən şəxs birjanın fəaliyyətində iştirak edə bilər. 


Birjanın yerləşdiyi məkan istər hakimiyyət orqanlarının və istərsə də hər hansı 
şirkətlərin ərazisi ola bilər. Bu cür tipli birjalar Hollandiyada, Belçikada, Fransada 
fəaliyyət göstərirlər. 
İkinci tip birjalar - bu birjaların fəaliyyəti dövlət tərəfindən hərtərəfli 
qaydada reqlamentləşdirilir. Bu tip birjaların fəaliyyəti zamanı birja ticarəti 
qanunvericilik aktları vasitəsi ilə tənzimlənir. Həmin birjalar inzibati nəzarət 
altında fəaliyyət göstərirlər. Birjaların iştirakçıları korporasiyalar təşkil edirlər. 
Birjaların özləri öz iştirakçılarının açıq yığıncağını çağırırlar. Birja komissiyasının 
üzvləri birja iştirakçıları tərəfindən deyil, müvafiq dövlət instansiyaları tərəfindən 
təyin edilir. Bu tip birjalara Almaniyada fəaliyyət göstərən birjaların əksəriyyəti 
aid edilir. 
Üçüncü tip birjalara - qapalı tipli birjalar aid edilir. Həmin birjalarin 
fəaliyyəti dövlət tərəfindən hərtərəfli qaydada reqlamentləşdirilir. Bu halda birja 
ticarətinin iştirakçıları korporasiyalar şəklində birləşirlər və birja komitəsi onların 
sayından asılı olaraq seçilir. Seçilmiş birja komitəsi hökumət orqanlanna ciddi 
şəkildə tabeçilik göstərirlər. Bundan əlavə birjaların fəaliyyəti qanunlarla 
reqlamentləşdirilir 
və inzibati nəzarət altında saxlanılır. Alqı-satqı 
əməliyyatlarında biıra korporasiyalarının üzvləri ilə yanaşı kənar şəxslərin də 
iştirakına yol verilir. Lakin bu proses xüsusi icazə və məhdud hüquqlarla həyata 
keçirilir. Bu tip birjalara Avstraliya, Macarıstan və Rusiyada rast gəlinir. 
Nəhayət birjaların dördüncü tipinə - sərbəst korporasiyalar və ya xüsusi 
təsisçilər aid edilir. Bu şəraitdə birja dövlətin müdaxiləsi olmadan yaradılır və 
xüsusi şirkətləri özündə birləşdirir. Bu tip birjalara ABŞ və Böyük Britaniyada rast 
gəlinir. Birjanın rəhbərliyi birja komitəsini yaradır və həmin komitəyə geniş 
səlahiyyətlər verir. Birja komitəsinin üzvləri birja üzvlərinin ümumi yığıncağında 
seçilir. Bu tip birjalar qapalı hesab edilir. 
XIX əsrin ikinci yarısından etibarən birjalann yeni növləri - fyuçers birjaları 
və ya təcili kontraktlar birjası meydana gəlməyə başlamışdır. Əvvəlki birjalardan 
fərqli olaraq fyuçers birjalan digər funksiyalar da yerinə yetirirlər. Həmin dövrdən 
ticarətin və istehsalın daha çox inhisarlaşması ilə əlaqədar olaraq real əmtəə 


birliklərinin rolu və əhəmiyyəti azalmağa başladı. Buna baxmayaraq qiymətqoyma 
və risklərin sığortalanması mühüm əhəmiyyət kəsb edirdi. 
Əmtəənin özünəməxsus rolundan asılı olaraq birjalar aşağıdakı təyinatları 
üzrə fərqlənirlər:
- beynəlxalq təyinatlı birjalar;
- regional təyinatlı birjalar;
- milli təyinatlı birjalar 
 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin