Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə72/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   68   69   70   71   72   73   74   75   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

Hesablama palatasının üzvləri. Adətən şirkətlər, korporasiyalar, ticarət 
evləri, maliyyə institutları və broker firmalarıdır. Hesablama palatasında səhmdar 
cəmiyyətləri formalaşır. Onlar birjada qapalı investorlar sayılır. 
Tam səlahiyyətli üzvlük - öz hesabına və müştərilərin hesabına əməliyyatlar 
həyata keçirmək hüququ verir və birjanın idarə edilməsində iştirak edir. 
Assosiasiya olunmuş üzvlük - birjanın ixtisaslaşmış seksiyasında müqavilələr 
bağlamağa icazə vermir. Assosiasiya olunmuş üzvlər milli və xarici fiziki və hüquqi 
şəxslərdən ibarət ola bilər. Assosiasiya olunmuş üzvlər səs vermək hüququna malik 
deyillər. 
Yerli üzvlük - öz hesabına, birjanın tam hüquqlu üzvlərinin və digər yerli 
üzvlərinin hesabına ticarət həyata keçirmək hüququ verir. Onlar da həmçinin səs 
vermək hüququna malik deyillər. 
Birja əməliyyatları iştirakçılarının sayı birjanın əməliyyat zalındakı və 
ixtisaslaşmış seksiyalardakı fəaliyyətilə xarakterizə olunur. Bir sıra hallarda birjanın 


tam hüquqlu üzvlərinin sayı müəyyənləşdirilmiş normalardan yüksək olur. 
Fyuçers birjasında üzlüyə namizəd nəzərdən keçirilərkən namizədin üzərinə 
götürülən maliyyə öhdəlikləri ön plana çəkilir və ona diqqət yetirilir. Hər bir namizədə 
birjada fəaliyyət göstərən iki üzvün rekomendasiyası tələb olunur. Namizədlərdən 
ərizə qəbul edildikdən sonra birja üzvlərinə məlumat verilir. Onlar namizədlərə qarşı 
öz fikirlərini bildirirlər. Namizəd haqqında məsələyə yeni üzvlük üzrə komissiyalarda 
baxılır və bundan sonra direktorlar şurasına rekomendasiya verilir. Bir sıra fyuçers 
birjasında direktorlar şurası tərəfindən namizədə müsbət reaksiya verildikdə onun 
üzvlük haqqında xahişinə icazə verilir. ABŞ birjasında üzvlüyə qəbul edilən namizəd 
diqqətlə yoxlanılır və onların maliyyə öhdəliklərinə, ödəmə qabiliyyətinə xüsusi 
diqqət yetirilir. Qayda və proseduralar birjanın reqlamentində göstərilir. Məsələn, 
Çikaqo ticarət birjasının qaydalarına görə birja üzvlüyünə ərizə yazmış şəxs müəyyən 
maliyyə xarakterli tələbləri təmin etməli, birjanın iki üzvü həmin namizədə 
rekomendasiya verməlidir. Bu baxımdan birjada bütün namizədlər diqqətlə öyrənilir. 
Ərizə vermiş namizədin birja fəaliyyətinin həyata keçirilməsində dəqiqlik və nüfuz 
məsələsinə xüsusi diqqət yetirilir. Analoji təlimatlar digər ölkələrin birjalarında da 
özünü göstərir. 
Birja üzvlərinə öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar bir sıra hüquqlar 
verilir. Birja üzvlərinə imtiyazlar da verilir. Ticarət zalında aparılan alqı-satqı 
əməliyyatlarma görə verilən haqların həcmi azaldılır. 
Hər bir fyuçers birjasının üzvləri ticarət zalında əməliyyatlar aparmaq və 
müqavilələr bağlamaq hüququna malikdir. Birja üzvü olmayanlar öz sifarişlərini birja 
üzvləri vasitəsi ilə verməlidirlər. Hər bir fyuçers birjasında tələb edilir ki, birja üzvləri 
əvvəlcə ticarət proseduraları ilə bağlı biliklərini, həmçinin ticarət zalında alqı-satqı 
əməliyyatları aparmaq, müqavilələr bağlamaq qabiliyyətini nümayiş etdirsinlər. 
Bundan sonra onlar əməliyyat zalına buraxmaq hüququ verən ticarət yarlığı əldə edə 
bilərlər. Bu qaydaların tətbiq edilməsində məqsəd ticarətçilərin əməliyyat zalında 
fəaliyyətlərini yüksəltməkdir. 
Birjanın idarə edilməsində birja üzvləri iştirak etmək hüququna malikdirlər. 
Bundan əlavə birja üzvlərinə birjanın formalaşması qaydasının təkmilləşdirilməsində, 


iri miqyaslı kontrakt şərtlərinin müəyyən edilməsində, birja üzvü olmayanlardan 
informasiyalar əldə etməkdə səlahiyyətlər verilir. 
Birjanın iflasa uğramasına görə birja üzvləri məsuliyyət daşıyırlar. Birjanın 
hesabat palatasında aparılan əməliyyatın yerinə yetirilməməsinə görə daşınılan 
məsuliyyətin əhəmiyyəti böyükdür. Birja üzvləri hər bir birja tərəfindən 
müəyyənləşdirilmiş qaydaları, birja komitəsinin qərarlarını, birja fəaliyyətini 
tənzimləyən dövlət orqanlannın qərarlarını yerinə yetirməyə borcludurlar. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin