Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə79/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   75   76   77   78   79   80   81   82   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

Qiymətin dəyişməsi qaydası. Fyuçers kontraktında qiymətin dəyişməsinin 
aşağı səviyyəsi birja tərəfindən müəyyənləşdirilir. Bu proses qiymətin “minimum 
tərəddüdləri” adlandırılır. Bunu çox vaxt birja praktikasında “pik” də adlandırırlar. 
 4.Forvard qiymətləri və forvard kontraktları 


Forvard qiymətinin mahiyyəti və xüsusiyyətləri. Məhsulun istehsalı ərəfəsində 
onun istehsalçısı və alıcısı arasında razılaşdırılmış müqavilə qiymətlərinə birja 
praktikasında forvard qiymətləri deyilir. Forvard qiymətlərindən fyuçers birjalarında 
geniş istifadə edilir. Fyuçers ticarəti ilk dəfə ABŞ-nın kənd təsərrüfatı sferasında 
mövcud olmuşdur. Sonralar fyuçers ticarəti dünyanın başqa ölkələrinə də yayılmışdır. 
Forvard qiymətləri ilk dəfə ABŞ-nın kənd təsərrüfatında tətbiq edilmişdi. Sonralar isə 
bu qiymət növündən iqtisadiyyatın digər sahələrində də istifadə edilmişdir. 
Forvard qiymətləri təminatlı qiymətlər hesab edilir. Birja kontraktlarının 
bağlanması zamanı forvard qiymətlərindən istifadə edilir. Bu halda kontrakt 
iştirakçıları öz üzərlərinə müəyyən öhdəliklər götürürlər. Forvard qiymətləri təsərrüfat 
fəaliyyətini zərərlə başa çatdıran kontrakt iştirakçılarını kompensasiya edir. 
Bazar iştirakçılarının (satıcıların və alıcıların) sayının artması əmtəə dövriyyəsini 
sürətləndirir. Bazar iştirakçılarının sayından və məhsulun bazara çıxarılma 
müddətindən asılı olaraq müxtəlif qiymət səviyyələri mövcud olur: 

əmtəələrin bazara nağd şəkildə çatdırıldığı zaman mövcud olan qiymətlər; 

bazara çatdırılmazdan əvvəl əmtəələrin razılaşdırılmış qiymət səviyyələri. 
Əmtəələr nağd şəkildə bazara çıxarılan zaman qiymətlərin səviyyəsi tələb və 
təklifdən asılı olaraq dəyişir. Nağd əmtəə bazarı üçün daha çox azad bazar qiymətləri 
xarakterikdir. Bu zaman bazann konyuk- turu əsas götürülür. 
Forvard qiymətinin formalaşması zamanı daha çox əmtəə ehtiyatları haqqında 
məlumatlar, məhsul istehsalı ilə bağlı proqnozlar nəzərdə tutulur. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin