Kontrakt şərtlərinin yerinə yetirilməsini sürətləndirmək üçün satıcılar və alıcılar məhsulun miqdarını, onun keyfiyyətini və daşınma müddətini alqı-satqı müqaviləsində standart şəkildə göstərilməlidir. 3. Kontraktların etibarlılığına təminat vermək üçün birja iştirakçılarının maliyyə tələbatları müəyyənləşdirilməlidir. Bu zaman müqavilələrin bağlanması mexanizmi tənzimlənməli və münaqişələrin həlli prinsipləri müəyyən edilməlidir. Forvard kontraktları ilə fyuçers kontraktlan arasında müəyyən fərqli cəhətlər
də mövcuddur. Forvard və fyuçers kontraktlarının məzmunu aşağıdakı cədvəldə göstərilmişdir.
Cədvəl 9.1
Kontraktların əsas şərtləri Forvard kontraktları Fyuçers kontraktları 1. Göndərilən məhsulun
həcmi
Satıcılar
və
alıcılarla
razılaşdırılır
Standart xarakter daşıyır
2. Əmtəələrin
kefyiyyəti
Yüksək keyfiyyətli mallar
əlavə qiymətlərlə satılır.
Müəyyən
edilmiş
standartlardan kənarlaşma-
ların səviyyəsi o qədər də
böyük həcmli olmur.
3. Əmtəələrin
daşınma müddəti
Tərəflərlə razılaşdırılır. Bu
zaman
vasitəçilərin
səylərindən istifadə edilir.
Əmtəələrin daşınma
müddəti gələcək dövr üçün
müəyyənləşdirilir.
Məhsulların daşınma
müddəti birjalarda standart
xarakter daşıyır.
4. Əmtəələrin
qiyməti
Satıcılar və alıcılar
arasında razılaşdırılır.
Açıq ticarət (alqı- satqı)
prosesində
müəyyənləşdirilir.
5. Müqavilələrin yerinə
yetirilməsi
Əmtəələrin daşınması ilə
başa çatır.
Kontrakt ləğv edilir.
6. Əməliyyatların
tənzimlənməsi
Əməliyyatların
aparılması ticarət
haqqında qanunlarla
tənzimlənir.
Fyuçers ticarəti haqqında
qanunvericiliklə
tənzimlənir.
7. Əməliyyatların
təminatı
Əməliyyatların
aparılmasına və müqavilə
şərtlərinin yerinə
yetirilməsinə görə
təminat verilmir.
Əməliyyatlara
birjanın
klirinq palatası təminat
verir.
8. Əməliyyatlar üzrə
informasiyaların dərc
edilməsi
Satıcı və alıcıların
informasiyaları
konfıdensial xarakter
daşıyır.
Məcburi xarakter daşıyır.