Araşdırmalar göstərir ki, motivləşdirmə təsirləri
vasitəsi ilə müəyyən qüvvə
sərf etməklə işçilərdə məqsədyönlü fəaliyyət göstərmək fikri oyatmaq olar. Effektiv
işin təşkilinin ayrılmaz hissəsi məsələlərin yerinə yetirilməsinə nəzarət sisteminin
qurulmasıdır. Nəzarət alınan nəticələrinin planlaşdırılmışlarla müqayisəsindən, tələb
olunmuş göstəricilərdən,
xüsusən mənfi, həmçinin onlann səbəblərinin
aydınlaşdırılmasından və lazımi düzəlişlərin vaxtı-vaxtında qəbulundan ibarətdir.
Müəssisənin işinin təşkili üzrə prosedurların və fəaliyyətlərin ümumi sxemi
şəkil 12.3-də göstərilir.
Şəkil 12.3.
Müəssisənin işinin təşkili
Müəssisələrin qoyuluşu və fəaliyyət planının təyin edilməsi
Vəzifələrin bölüşdürülməsi
Fəaliyyətin koordinasiyası, istehsalın
hərəkətə gətirilməsi
İstehsalın təşkili və məhsulun satışı
Ödəniş sisteminin işlənməsi və əməyin stimullaşdırılması
Məsələlərin yerinə yetirilməsinə nəzarət, nəticələrin
qiymətləndirilməsi və nöqsanların aşkarlanması
Əks əlaqələrin təmini və fəaliyyətlərin düzəlişi