Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə14/93
tarix16.09.2023
ölçüsü6,67 Mb.
#128989
1   ...   10   11   12   13   14   15   16   17   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

Publisistik üslub:
qəzet, jurnal, radio, televiziya, mitinq dili, müxtəlif 
yığıncaqlarda istifadə olunan dil. Əsas əlaməti kütləvi anlaşıqlılıq, aydın 
dildir. Publisistik üslubun yaranması “Əkinçi” ilə (milli mətbuatın əsasının 
qoyulması ilə) başmış və inkişaf etmişdir. 

3) 
Elmi üslub:
elmi əsərlərin, dərsliklərin, monoqrafiyaların dili. Əsas 
əlaməti məntiqilik, ardıcıllıq, terminlərin olmasıdır. Azərbaycan alimləri 
istər orta əsrlərdə, istərsə də sonralar öz əsərlərini daha çox beynəlxalq 
dillərdə yazdıqlarına görə elmi üslub bədii və publisistik üslub qədər geniş 
imkanlar qazanmamışdı.

4) 
Rəsmi-işgüzar üslub:
rəsmi və işgüzar sənədlərin dili. Əsas əlaməti 
standart formalardan istifadədir. Rəsmi-işgüzar üslubun inkişafı digər 
funksional üslublardan geri qalmışdı. Bu da həmin üslubun dövlətçilik 
ənənələrindən asılı olması ilə bağlıdır. Məsələn, Azərbaycan dövlətçiliyinin 
meydana gəlməsi ilə bağlı XVI əsrdə-Xətai dövründə az-çox mükəmməl 
sənəd nümunələri yaranmışdır. Sovet dönəmində isə sənədləşmə daha çox 
rus dilində aparıldığı üçün rəsmi-işgüzar üslub inkişafdan qalmışdı. Müstəqil 
Azərbaycan dövlətinin yaranması bu üslubun sürətli inkişafına və 
möhkəmlənməsinə şərait yaratdı.

5) 
Məişət üslubu:
gündəlik ünsiyyət dili. Əsas əlaməti nitqin sərbəstliyi 
və təbiiliyidir. ədəbi dildə məişət dili, məişət üslubu – danışıq dili 


mövcuddur. Bu gün məişət dili kimi qavradığımız nitq o zamanlar xalqın 
ünsiyyət saxladığı dilin özü idi. 
Nitq normalarının tarixiliyi 
Norma 
tarixi kateqoriyadır
. Məsələn, XX əsrin 30-cu illərinə qədər Azərbaycan 
ədəbi dilinin fonetikasında sağır nun adlı bir səs var idi, əlifbada xüsusi hərflə 
göstərilirdi: (H). Bu səs XX əsrin 30-cu illərindən sonra fonetik 
normativliyini itirdi. 
Yaxud bir neçə il bundan əvvəl ədəbi dildə fəal işlənən 

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin