Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə24/93
tarix16.09.2023
ölçüsü6,67 Mb.
#128989
1   ...   20   21   22   23   24   25   26   27   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

İnternet vasitəsi
ilə gənclər “virtual reallıqda” cərəyan edən yeni ünsiyyət tipi 
olan mədəniyyətlərarası informasiya kommunikasiyasına daxil olur. Bu, hər bir 
fərdə mədəniyyətlərarası əlaqələr zamanı yalnız öz təcrübəsinə deyil, həmçinin 
virtual reallıq fenomenini təşkil edən hər bir şeyə əsaslanmağa imkan verir. 
Nəticədə isə reallığın əks olunmasının işarəli və simvolik səviyyələrinin qarışması 
baş verir ki, bu da gənclərinmədəniyyətlərarası kommunikasiyasının xarakterinə 
təsir edir. 
Gənclərin dünyagörüşünün
formalaşmasında, onların aktivliyinin artmasında 
sosial şəbəkələrin əhəmiyyətli rolu artıq bütün dünyada etiraf olunur. Belə ki, 
şəbəkələrdə hər hansı bir məsələ ilə əlaqədar təbliğat aparmaq, fikirlər paylaşmaq 
mümkün olur ki, bunun da təsirinin digər təbliğat vasitələrindən artıq olduğu heç 
kimə sirr deyil. 
Ümumilikdə
sosial şəbəkələrdə ünsiyyət saxlamaq qaydaları ictimai yerlərdə 
tətbiq olunan adi ünsiyyət qaydaları ilə oxşardır. Bir çox istifadəçilər internetdə 
ünsiyyət saxlamağın xüsusiyyətlərindən irəli gələrək elementar nəzakət qaydaları 
və şəxsi təhlükəsizlik barədə unudurlar. Yadda saxlamaq lazımdır ki, istənilən şəxs 
istənilən niyyətlə sizin profilə baxa bilər. Buna görə də sosial şəbəkə istifadəçisi 
müəyyən qanunauyğunluqlara riayət etməlidir. Belə olan halda sosial şəbəkələrdə 
ünsiyyət yalnız faydalı olar və müsbət emosiyalar qazandıra bilər. 
Sosial şəbəkələrin
müasir gəncliyin şəxsiyyətinə təsiri barədə bir mənalı fikir 
yürütmək olmaz. Şübhəsiz ki, sosial şəbəkələr bir çox imkanlar vəd edən böyük 
texnoloji nailiyyətdir. Planetin hər guşəsindən olan dostlarla problemsiz ünsiyyət 
saxlamaq, yeni tanışlıqlar yaratmaq, şəbəkələrdə xeyli məzəli səhifələr və 
komikslər vardır. Öz maraqları çərçivəsində istənilən qrup tapmaq mümkündür. 



Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin