Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə50/93
tarix16.09.2023
ölçüsü6,67 Mb.
#128989
1   ...   46   47   48   49   50   51   52   53   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

Nitqdə yunan faktoru
Qədim yunanlar yaxşı natiq idilər. Onlar kütlə qarşısında səmərəli çıxışı üç anlayış 
ilə əlaqələndirirdilər: 
etos, pafos və loqos.
Etos (ideal)
– bu natiqin inandığı və müdafiə etməyə hazır olduğudur. 
Pafos
– natiqin çıxışın mövzusuna münasibətdə güclü hissdir və bununla da 
çıxışına bütün ürəyini qoymağa hazır olmasıdır. 
Loqos
– öz düşüncələrini ifadə etmək üçün sözlərdir. Başqa sözlə natiq ideyalarını 
formalaşdırmaq üçün öz beynini necə istifadə etməsidir. 
Səmərəli başlanğıc
Çıxışınızın birinci cümləsi hər şeyin əsasıdır. 
Təcrübəli natiqlər başlanğıcın əhəmiyyətli rolunu əla başa düşürlər. Nitqin 
başlanğıcı auditoriyanın diqqətini cəlb etməlidir, maraq oyatmalıdır. Dinləyicilər 
dərhal başa düşməlidirlər ki, sizin çıxışınız onlar üçün maraqlı və faydalı olacaqdır. 
Nitqin başlanğıcının rolunu qiymətləndirməmək olmaz. 
“Üçlər” qaydasını yadda saxlayın.
“Üçlər” qaydasını çox adam bilmir, amma bu elmi təsdiq olunmuş faktdır. Orta 
insan yadda saxlamaq üçün eşitdiyini üç dəfədən az olmayaraq eşitməlidir. Bəzi 


adamlar hər şeyi bir dəfə eşidib yadında saxlaya bilir, kiməsə məlumatı iki dəfə 
eşitmək lazım gəlir. Amma əksəriyyət adamlar üçün üç dəfə eşitmək lazım gəlir ki, 
eşitdiyini yadda saxlaya bilsin. 
“Üçlər” qaydasını bilən natiq çıxışın lap əvvəlində auditoriyaya nə dinləyəcəkləri 
haqqında məlumat verir. Sonra nitqin əsas hissəsində o materialı ikinci dəfə ifadə 
edir. Yekunlaşdırıcı hissədə təcrübəli natiq ən əhəmiyyətliləri üçüncü dəfə təkrar 
edir. Yxşı natiq “üçlər” qaydasını yadda saxlamalı və onu öz çıxışında istifadə 
etməlidir. 
Öz çıxışınızı görünən edin.
İnsan məlumatları üç hissiyyat sistemi ilə qəbul edir: 
audial 
(eşitmə)

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin