Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə64/93
tarix16.09.2023
ölçüsü6,67 Mb.
#128989
1   ...   60   61   62   63   64   65   66   67   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

“Ruhun sirri, 
bədənin hərəkətləri ilə ortaya çıxar”.
Qarşımızdakı insanların bədən hərəkətləri, 
məsafə saxlaması, toxunuşları və səsdən istifadəsi o adamın “bədən dili”nin ən 
vacib elementləridir. Biz bunlara baxıb müəyyən qənaətlər hasil edirik. 
Oturuşumuz, duruşumuz, mimikalarımız, jestlərimiz çox əhəmiyyətlidir… 
Bunların hamısı adamın cari əhvalını ifadə edir. Bəzən, bir hərəkət min sözü əvəz 
edir. İstəsək də, istəməsək də üzümüzdə yaranan tutqun ifadə, ya da qəzəbimizi 
göstərən qaş düyünlənməsi, biz deməsək də, nə hiss etdiyimizi bizi müşahidə 
edənlərə “bağırtı” ilə izah edir. 
Düşüncənin sürəti, danışıq nitqini geridə qoyur. Bəli, bunu əminliklə deyə bilərik. 
Normal nitqin sürəti orta hesabla dəqiqədə 100-120 sözdür, amma bu müddətdə 
insan təxminən 1000 söz düşünür. Göründüyü kimi, arada fərq böyükdür və sözlərə 
çevrilə bilməyən düşüncələr “bədən dili” vasitəsilə xaric olunur. “Bədən dili”mizlə 
verdiyimiz mesajlar, insanlarla razılığa gəlməyimiz üçün təməl vasitədir. Həm 
yaxın ətrafımızda, həm ictimai həyatımızda həm də əcnəbilərlə əlaqələrimizdə 
öncə “bədən dili”mizi istifadə edirik və onların “bədən dil”ləri ilə dediklərini 
anlamağa çalışırıq. 
İnsanı ələ verən bədən dili “Bədən dili”ndən necə düzgün istifadə etmək olar? 
“Bədən dili” özbaşına “danışmır”, müəyyən qaydalara əsaslanır. Bu qaydalar, 
sözsüz ünsiyyətin kodlarını açmağa kömək edir. Göz təmasını nəzərdən keçirək. 
Bu həm məsafə, həm mövzu, həm də fərdiyyət kimi ünsürlərə bağlıdır. Misallara 
müraziət edək. Liftlərdə qalxıb-enərkən, bir-birlərinə çox yaxın dayanan insanlar 
baxışlarını bir-birlərindən qaçırırlar. Utancaqlıq, azalan göz təması ilə müəyyən 
edilir. Fərdi münasibətlərə gəldikdə isə, sevdiyimiz şəxslərə daha çox baxarıq. 


Fərdiyyət olaraq xaricə açıq insanlar, daxilə qapalı insanlara nisbətən müşahidəni 
daha çox sevərlər. 
“Bədən dili”nin öyrənilməsi və düzgün istifadə edilməsi üçün yaş faktoru 
vacibdirmi? 
Xeyr! “Bədən dili”ni öyrənməyin, doğru istifadə etməyin yaşı yoxdur. İstər 7, 
istərsə də 70 yaşında olsanız, öyrənəcək və tətbiq edəcək çox şey vardır. 
Bədən dili dedikdə konkret nə başa düşülür? 
Bədən dili dedikdə, ağılımıza dərhal bunlar gəlir — bədən duruşu, jestlər, 
mimikalar, göz təması, başın hərəkəti, ayaqların duruşu, oturma forması, oturmaq 
üçün seçilən yer, məsafə, geyim, istifadə edilən aksesuarlar, kosmetika və 
makiyajdır. 
“Bədən dili” birinci görüşdə çox vacibdirmi? 
İnsanlar bir-birləri ilə qarşılaşdıqları zaman ilk saniyələr çox vacibdir. Hər iki 
tərəfdə bir-birləri haqqında 80% təsəvvür o anda formalaşır və ilkin təəssürat 
asanlıqla dəyişmir. 
“Bədən dili” üçün zaman və məkanın əhəmiyyəti nədir? 
Çox əhəmiyyətlidir… Davranışlarımızı, jest və mimikalarımızı yerində və vaxtında 
istifadə etsək, insanlara təsir gücümüz artar. Həddindən artıq əl-qol hərəkətləri, 
mimikaların çoxluğu dinləyənin diqqətini azaldaraq, mövzunu zəiflədir. Məsələn, 
əli belində və ya əlləri arxada birləşmiş bir duruş, insanlara itələyici təsir edə bilər. 
Süni üz ifadəsini qarşı tərəf hiss edəcəkdir, çünki, təhtəlşüurda mənfi düşüncələr 
varkən, simada müsbət ifadə yarana bilməz. Əgər biri ilə söhbət ediriksə, “bədən 
dili”mizi düzgün istifadə edə bilməmiz üçün hər şeydən əvvəl diqqətimizi o adama 
və mövzuya verməliyik. 
“Bədən dili”nin istifadə edilməsi adamdan adama dəyişərmi? 
“Bədən dili”, hər bir adama görə fərdi istifadə tələb edir. Bir adam “bədən dili”ni 
az istifadə edərkən, digər adam “bədən dili”ndən çox istifadə edə bilər. “Bədən 
dili” mövzusunda özünü inkişaf etdirmiş adamlar, “bədən dili”ni lazımi vaxtda və 
düzgün şəkildə istifadə etməyi bacarırlar. Burada şəxsi xüsusiyyətlər çox vacibdir 
və özünə güvən səviyyəsi, ictimai əlaqələr, adamın intellektual səviyyəsi kimi 
faktorları nəzərə almaq lazımdır. Ünsiyyətə girdiyimiz adamın kimliyi, bədən 
dilimizə təsir edər. Məsələn, bizi çox sevən babamızla əlaqələrimizdə daha açıq, 
inamlı jest və mimikalardan istifadə edər, çox daha rahat davranar, əlaqə 
məsafəsini qısaldarıq. Bununla müqayisədə, iş yerində müdirlə münasibətdə 
paltarımıza, oturub-qalxmamıza fikir verər, jest və mimikalarımızı çox daha idarəli 
və düzgün istifadə etməyə çalışar, ünsiyyət məsafəsində “məhrəm” sahəyə 
girməməyə diqqət edərik. 
Dil danışar, bədən onu təsdiqləyər, bədən danışar dil onu təsdiq edər. Hansı 
doğrudur? 


Həm bədənimizin, həm də dilimizin çölə həmişə eyni mesajı verdiyini deyə 
bilmərik. Məsələn, yalan danışan bir adamda alın tərləməsi, göz bəbəklərinin 
kiçilib-böyüməsi, üz əzələsi səyirmələri, yanaqların qızarması kimi bədən 
hərəkətləri onu asanlıqla ələ verir. Bədənimiz, dilimizin yalan danışdığını həmişə 
təsdiqləyir. İnsanlar yalan danışarkən burun qaşıma, əli üzə aparma kimi makro 
hərəkətləri idarə edə bilsələr də, mikro hərəkətlərinə maneə ola bilmirlər. İdeal 
olanı isə bədənimiz ilə dediklərimizin bir-biri ilə uzlaşmasıdır. 
Hansı peşələrdə “bədən dili”ni daha mükəmməl istifadə edilir? 
Son dövrdə çox fərqli peşələrdə, müxtəlif sektorlarda və xüsusilə də böyük 
şirkətlərdə menecerlər, əmək məhsuldarlığını artırmaq üçün, işçi personalının fərdi 
inkişafına önəm verirlər və onların “bədən dili” mövzusunda təhsil almalarını 
təmin edirlər. Bəzi peşələr isə bu sahəyə daha çox diqqət yetirirlər. Vizual sənətlər 
(kino, teatr, TV), siyasətçilər, satıcılar, kadrlar üzrə mütəxəssislər, fərdi inkişaf 
sahəsində işləyənlər, psixoloqlar ilk növbədə ağla gələn “bədən dili” ustalarıdır. 
Verilən mesajın hansı qismini “Bədən dili” meydana gətirir? 
“Bədən dili” bəşər tarixində ən qədim ünsiyyət vasitəsi olub, duyğu və 
düşüncələrimizin əks olunmasıdır. “Bədən dili” ilə əlaqədar edilən araşdırmalara 
görə, insanların üz-üzə qurduqları əlaqədə, sözlər 7 %, səs tonu 30 %, bədən dili 
63 % əhəmiyyət daşıyar. 
“Bədən dili”nin səhv istifadə edilməsi nə kimi qəzalara səbəb olur? 
Məsələn, ər arvad arasında “bədən dili”nin səhv istifadə edilməsi və ya qarşı 
tərəfin səhv anlaması adi haldır. Bu vəziyyət, tez-tez lətifə və karikaturalarda da 
mövzu olur. Ər-arvad əlaqəsində məsafə anlayışı olmadığı üçün, cinsi təmas 
əhəmiyyətlidir. Örnək olaraq, sağlam ünsiyyət qura bilməyən və bədən dilini yaxşı 
istifadə edə bilməyən bir cütlüyün düşüncələrinə dialoq şəklində izah edin: 
“Bədən dili” adamın duyğu və düşüncəsini nə qədər əks etdirə bilər? 
Bədən, daxili dünyamızı bərk-bərk qucaqlayan bir əlcəkdir və duyğular, düşüncələr 
bədən dili ilə aydınlaşırlar. Ən qədim dövrlərdə belə, şifahi nitq yox ikən, “bədən 
dili” vardı. Bədən dili vasitəçiliyi ilə insanlar duyğularını, düşüncələrini, 
istəklərini, ehtiyaclarını və ruhi zənginliklərini başqa insanlarla bölüşürlər. Beləcə 
insanlar, öz daxili aləmlərini büruzə verərək, birgə yaşadıqları insanların 
içindəkilərlə əlaqədar mühüm məlumatlara sahiblənirlər. 
Adamda duyğular dəyişərkən, onun əhvalı “bədən dili”ndə əks olunarmı? 
O an nə hiss ediriksə, üzümüzdəki mimikalarla, əllərimizlə, ayaqlarımızla, 
duruşumuzla bu duyğularımızı çölə ötürərik. Məsələn, iş yerində yaxşı 
münasibətdə olduğumuz bir iş yoldaşımıza hirslənməyimiz, arxamızı çevirib 
getməyimiz, həyata keçirilməsi çox çətin olan bir işin altında girdiyimizi bildirər. 
“Bədən dili”ni gizlətmək mümkündürmü? 
Bədən dilinin təhsildə tətbiqi lazımdırmı? 


Təhsildə “bədən dili”nin faydası, ünsiyyətdə olduğu qədərdir. Ünsiyyətdə 
söyləmədiyimiz şeylər, söylədiyimiz şeylər qədər əhəmiyyətlidir. Tədris zamanı 
müəllimlərin, fərqində olmadan bədən dili vasitəsi ilə mesajlar çatdırırlar: “Siz 
mənim üçün vacibsiniz. Sizin dərslərinizin öhdəsindən gələcəyinizə inanıram və 
sizə güvənirəm. Bu görə də, sizinlə birlikdəyəm və yanınızdayam. Sizdən adam 
olmayacaq. İstər öyrənin, istər öyrənməyin məni maraqlandırmır. İmtahanda mən 
sizə göstərərəm.” Müəllimlər həm də, ştələbələrinin “bədən dili” vasitəsi ilə 
verdikləri mesajları yaxşı oxumalıdırlar. Tələbələrin izah edilənlərə maraq 
göstərib-göstərmədiklərini, dərsi anlayıb-anlamadıqlarını, sinifin motivasiyasını, 
dərsdən sıxılıb-sıxılmadıqlarını anlamaq, sinifə diqqətlə baxan bir müəllim üçün 
asan olmalıdır. 
Təhlükə zamanı qorxan adam, bədən dilini istifadə edərək bunu gizləyə bilərmi? 
Bədən dili duyğuları ələ verər, ancaq hansı əlamətlərin hansı duyğularla 
bərabərləşdiyini söyləmək çətindir. Qorxu, həyəcan, çaxnaşma, hirs və digər 
neqativ duyğuların hamısı səs tellərinin gərilməsinə və səsin yüksəlməsinə səbəb 
olur. Qorxu halında qaşlar qalxar, alında üfüqi, düz xətlər meydana gələr. Alt göz 
qapaqlarında gözlə seziləcək dərəcədə gərginlik yaranar və ürpərmə, nəbzin 
sürətlənməsi, tərləmə, titrəmə reaksiyaları müşahidə edilər. Adamın ani və dəhşətli 
qorxu yaradan vəziyyətlərdə qorxusunu bədən dili ilə gizlətməsi çox çətindir. 
Əlində silah olan bir adamın və ya vəhşi pələngin üzərimizə gəlməsi vəziyyətində 
bədən dilimizi istifadə etməyi deyil, həyatımızı qurtarmağı düşünürük. Əyləncə 
mərkəzlərindəki atraksionlarda, sürətli qatarla çox yüksəkdən və sürətlə aşağıya 
doğru enən insanların üz ifadələrini xatırlayırsınızmı? 
Qorxunun şiddəti daha az olanda, məsələn, üzərimizə hürə-hürə gələn bir it 
görəndə və ya gecə qəbiristanlığın yanından keçəndə qorxsaq belə, yanımızdakı 
adamlara qorxmadığımızı göstərmək üçün davranışlarımıza nəzarət edə bilərik və 
bu bizdə pis alınmaz. Ancaq vaxt keçdikcə duyğularımızı ələ vermək 
məcburiyyətində qalırıq. 
“Bədən dili”nin istifadəsində insanlar arası məsafənin fərqi varmı? 
Arada məsafə azaldıqca, yaxınlıq arzulamayanlar nəsə bir narahatlıq duyar və 
müdafiə olunmağa çalışarlar. Buna görə də, belə bir yaxınlıq cəhdindən əvvəl, bu 
yaxınlığın qarşıdakı adam tərəfindən necə qiymətləndiriləcəyinə diqqət yetirmək 
lazımdır. Əks təqdirdə ortaya narahatlıq və arzuolunmaz nəticələr çıxa bilər. 
İnsanın psixoloji müdafiə sərhədi 0 – 35 sm-lik məsafədir və bu sərhədi yalnız 
insanın həyat yoldaşı, sevgilisi, ailə fərdləri kimi yalnız məhrəm əlaqəsi olan 
insanlar keçə bilərlər. Fərdi sahə 35 — 80 sm-lik bir diametrdir və bura yaxın 
dostlar, qohumlar və tanış insanların girməsinə icazə verdiyimiz ən yaxın ərazidir. 
İctimai sahə isə, 80 sm — 2 metrlik məsafədədir. İş yerində görüşdüyümüz 
insanlar, təmirçi, qapıçı kimi şəxslərin yaxınlaşa biləcəyi sahədir. 2 metrdən uzaq 
məsafələr isə ümumi ərazi hesab olunur və burada yad insanların dolaşması 
məqbuldur. 
Hansı bədən dili hansı mənanı ifadə edir? 


1. Əgər insanlar səmimi qəlbdən gülümsəmirsə, onların göz yanlarında qırışıqlıqlar 
yaranmaz. 
2. Qaşların yuxarıya qalxmış olması qarşı tərəfin sıxıldığını və gərgin olduğunu 
göstərir. 
3. Qarşınızdakı insanın səs tembrinin başa düşüləcək şəkildə düşüb-qalxması, 
sizdən xoşlandığı anlamına gəlir. 
4. Əgər qarşınızdakı insan siz danışarkən sizin hərəkətlərinizi təkrarlayırsa, bu sizə 
diqqətlə qulaq asdığını ifadə edir. 
5. Qarşılıqlı olaraq baxışmaq, qarşınızdakı insanın sizinlə yaxşı, ya da pis bir 
səbəbdən maraqlandığını göstərir. 
6. Qarşınızdakı insan sizinlə ünsiyyətdə olarkən çox uzun müddət diqqətlə baxırsa, 
yüksək ehtimalla yalan danışır. 
7. İnsanın sərgilədiyi cəsarətli bir duruş, özünü qüvvətli və bacarıqlı hiss etdiyinin 
göstəricisdir. 
8. Ayağı ayaq üstünə qoymaq çox vaxt inadkarlığın və güc nümayiş etdirmənin 
siqnalıdır. 
9. Tez-tez dəyişən əl-qol hərəkətləri və üz ifadələri, güclü və yaxşı bir ünsiyyətin 
göstəricisidir. 
10. Qarşı tərəf yanınızda sizinlə birlikdə gülürsə, artıq sizə bələd olmuş və 
sahiblənmiş deməkdir. 
11. Möhkəm bir çənə, boyun və qaldırılmış qaşlar, gərginliyin göstəricisidir. 
12. Söhbət edərkən əlləri geniş bir sahədə hərəkət etdirmək, avtoritar bir görüntü, 
qarşınızdakı insanın lider ruhlu biri olduğunu göstərir. 
13. Ayaqların titrəməsi gərginliyi və narahatlığı ifadə edir. 
14. Qolların sinədə qovuşdurulması, qoruyucu bir duruşda olduğunuzu və 
qarşınızdakı insana güvənmədiyinizi göstərir. 

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin