Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə7/93
tarix16.09.2023
ölçüsü6,67 Mb.
#128989
1   2   3   4   5   6   7   8   9   10   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

NĠİTQİN YIĞCAMLIĞI.
Mədəni nitqin keyfiyyətlərindən olan yığcamlıq 
müxtəsərlik və qısalıq anlamındadır. İnsanlar adi danışıqdan tutmuş mühazirə
məruzə, çıxışlara, eləcə də bədii əsərlərə qədər yığcamlıq tərəfdarı olub 
uzunçuluğun, sözçülüyün əleyhinədirlər. Fikri əhatə etməklə qısa demək bacarığı 


bu da istedad əlamətidir. İstedadla bağlı olan yığcamlıq söz söyləyəndən 
deyəcəklərini ölçülü-biçili, geniş mətləbləri yığcam şəkildə deməyi, vaxt 
almamağı, təkrarçılıqdan qaçmağı, məlum olanları yenidən xatırlamamağı, 
başqalarını yormamağı tələb edir. Əbəs yerə deyildir ki, indi insanların vaxtını 
qiymətləndirmək, uzunçuluq etməmək naminə mühazirəyə əvvəlcədən bir saat, 
məruzəyə on dəqiqəyə qədər, çıxışlara iki-üç dəqiqə vaxt reqlamenti planlaşdırılır. 
Nitqin yığcamlığını həmişə vacib amil hesab etmişlər. Yığcam nitq insandan dərin 
bilik, yüksək təfəkkür, aydın düşüncə, zəngin söz ehtiyatı tələb edir. "Sözlər az, 
fikir geniş, məna dərin" olsun deyən sənətkarlar da, "uzun sözün qısası" fikrini 
bəyan edən atalar sözü də, "uzunçuluq eləmə" kimi xalq tövsiyəsi də göstərir ki, 
vaxt almamaq, eyni fikri oxşar cümlələrlə təkrar eşitdirməmək üçün ən yaxşı üsul 
fikri qısa və aydın ifadə etməkdir.
NĠİTQİN SADƏLİYİ. 
Nitqin sadəliyi onun aydınlığından, asan, anlaşıqlı, təbii 
və düzgün olmasından asılıdır. Sadə nitq ümumxalq danışıq dili elementlərindən
bəsit cümlələrdən, elmi və ya bədii üslubdan qaçmaq anlamında yox, fikrin asan 
qavranılmasına kömək edən, əşya və hadisələrin mahiyyətini yığcam və dəqiq 
verən ifadə tərzi kimi başa düşülür. Dinləyicilərin ümumi səviyyəsinə uyğun 
olmaqla hər cür qondarma, süni ifadələrdən, təmtəraqlı, gurultulu,yalançı pafosdan, 
ger- 113 çəkliyi əks etdirməyən söz birləşmələrindən (vicdanın böyük heykəli, 
ölməzlik zirvəsi, şeirin günəşi, dağın ciyəri, kadr potensialı, horizontal xətt və s.) 
istifadə nitqin sadəliyi baxımından məqbul sayılmır. Anlaşılmayan və ya az 
anlaşıqlı, lakin konkretlik və təbiilikdən uzaq söz birləşmələri, mürəkkəb 
konstruksiyalar anlaşılmazlıq yaradır, məfhumun canlandırılmasını mümkünsüz 
edir və nitqin asan başa düşülməsini çətinləşdirir.

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin