Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri


Təqdimatınızın effektli olması üçün aşağıdakıları nəzərə almağınız lazımdır



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə75/93
tarix16.09.2023
ölçüsü6,67 Mb.
#128989
1   ...   71   72   73   74   75   76   77   78   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

Təqdimatınızın effektli olması üçün aşağıdakıları nəzərə almağınız lazımdır. 
Yazının az olması.
Daha çox yazı insanlara ilk baxışdan yorucu gəlir və verilən 
məlumatların hansı dərəcədə vacib olmasından asılı olmayaraq onlar, bunu 
dinləməkdən və oxumaqdan çəkinirlər. Ona görə də, məlumatların vacibliyindən 
asılı olmayaraq təqdimatlarınızın daha təsirili olması üçün uzun-uzadı yazılar 
əvəzinə vacib olan məlumatları başlıqlar şəkilində qeyd edərək danışmağa üstünlük 
verin. 
Şəkillər.
Qeyd etdiyiniz başlıqlara uyğun şəkillər seçin və təqdimatınızda istifadə 
edin. Bu şəkillər, vasitəsilə siz, çatdırmaq istədiyinizin müəyyən hissəsini 
dinləyiciyə çatdırmış olacaqsınız. Eyni zamanda, auditoriya bunu xoş qarşılayacaq. 
Göz kontaktı.
Dinləyici ilə göz kontaktında olun. Bu, onları daha məsuliyyətli 
olmağa sövq edəcək. Yuxulamaqdan yayındıracaq. Göz kontaktı zamanı yalnız bir 
və bir neçə deyil, auditoriyada olan bütün dinləyicilərlə göz təması qurmağa 
çalışın. 
Sual verməyə şərait yaradın.
Əgər təqdimatınız zamanı veriləcək məlumatların 
tam anlaşılmasını istəyirsinizsə dinləyicilərinizə sual verməyə şərait yaradın. Əks 
təqdirdə, veriləcək məlumatların formal olaraq çatdırılmasına baxmayaraq əslində 
bir çoxu təqdimatınızdan məmnun qalmayacaq. 
Bədən dili və səs tonu
. Bədən dilindən - mimika və jestlərdən istifadə edilmədən 
verilən məlumatların effektivliyi çox aşağıdır. Ona görə də, daim təqdimatınız 
zamanı uyğun mimika və jestlərdən və səs tonundan istifadə edin. Bu şəkildə siz, 
daha çox məlumatın auditoriya tərəfindən qəbul edilməsinə nail olacaq və eyni 
zamanda təqdimatınızı daha maraqlı şəkilə gətirəcəksiniz. 
Geyim tərzi.
Geyiminiz təqdimatınız zamanı önəmli faktorladandır. Geyminizin 
hansı tərzdə olması təqdimatınızın mövzusundan asılıdır. Əsas məqsədimiz 
menecerlərin təqdimat bacarıqlarının inkişaf etdirilməsi olduğu üçün geyim 
tərzinizin də işgüzar formada olması məqsədə uyğundur. 



Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin