Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə81/93
tarix16.09.2023
ölçüsü6,67 Mb.
#128989
1   ...   77   78   79   80   81   82   83   84   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

Minnətdar ıq2 
Elmi işinizi nəşr etdirərkən, minnətdarlıq yazmaqla akademik işinizin yerinə
yetirilməsində sizə kömək edən şəxslərə təşəkkür etmək imkanı qazanırsınız.
Bunun üçün bir neçə detala diqqət yetirmək lazımdır:
Siz təşəkkürünüzü adlar siyahısı formasında edə bilərsiz. Məs., mən
Professor Qurbanlıya və Dr. Nağızadəyə təşəkkür etmək istərdim.
Hər kəsə fərdi olaraq, şəxsi təşəkkür ünvanlamaq daha gözəl səslənə bilər.
Məs., mən Professor Qurbanlıya ekspert məsləhətinə görə, Dr. Nağızadəyə
2Minnətdarlıq bölməsi bu mənbəyə əsasən uyğunlaşdırılmışdır: Carolyn Barrat and 
et als. (2014).
Writing Academic Acknowledgements Elektron. 
Retreieved from 
http://www.wikihow.com/Write


Acknowledgements 
Date of access: 15/06/2014
10təcrübi baxımından yardımına və bütün iş prosesində mənə mənəvi dayaq
olduğuna görə təşəkkür edirəm.
Bəzən isə, bir qisim insanların adlarını digərlərindən daha çox vurğulamamaq
üçün sizə kömək etmiş şəxslərin adlarını minnətdarlıqda əlifba sırası ilə çəkə
bilərsiniz.
ətən, minnətdarlıqda təşəkkür edəcəyiniz əsas şəxs sizə elmi işinizdə
yardım etmiş elmi rəhbərinizdir. Daha sonra isə, akademik işinizin başa
çatdırılmasında əməyi keçmiş digər şəxsləri də sadalamağı unutmayın.
ər hər hansı bir fonddan və ya elmi tədqiqat qrupundan təqaüd və ya
qrant əldə etmisinizsə, həmin təşkilat və ya fondun adını çəkərək, ordan
tanıdığınız şəxslərə müraciət edərək təşəkkürünüzü bildirməyiniz münasib
olar.
əkdiyiniz insanların adlarının düzgün yazıldığına əmin olun və
burada orfoqrafiya qaydalarına dəqiq əməl edin. Sizin uğurunuza töhfə
vermiş bir şəxsin və ya sizə maliyyə yardımı etmiş bir fondun adını səhv
yazmaq yaxşı çıxmaz. Bu səbəbdən də, yazdıqlarınıza nəzər salmaq və
onları redaktə etmək lazımdır.
Ümumiyyətlə, minnətdarlıq yazarkən təşəkkürünüzü qısa sözlərlə ifadə etməniz
və güclü emosiyalardan uzaq olmağınız məsləhətlidir. Qeyd edək ki, elmi yazı
işinizin minnətdarlıq hissəsində “mən, mənim, mənə ...” kimi sözlər, demək olar
ki, həmişə işləndiyi halda, akademik yazının qalan hissəsində bu kimi şəxs
əvəzliklərindən istifadədən bir qayda olaraq, imtina edilir.

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin