Gündəlik yazmaq
•
Gündəliyin hər hansı forması həyat
təcrübəsini qaydaya salmağa,
yaşananların və insan həyatının dəyərini
dərk etməyə, özünü və başqalarını daha
dərindən anlamağa, həyəcanların
intensivliyini azaltmağa (refleksiyaya
keçidlə müəyyən dərəcədə gərginlikdən
azad olmağa) kömək edir.
•
Özünü inkişaf etdirmək üçün gündəliyin
əhəmiyyəti böyükdür.
Bioloji tərs əlaqə
•
Bunun nə olduğunu aydın şəkildə başa düşmək
üçün güzgünü xatırlayaq: ona baxaraq xarici
görünüşümüz haqqında məlumat alırıq. Lazım
olsa, saçlarımızı darayırıq, paltarları düzəldirik.
•
Həmçinin terapiya zamanı: xüsusi avadanlıqların
köməyi ilə insan öz bədəninin parametrlərini görə
və ya eşidə bilər.
•
Üsul, qeyri-iradi (müvafiq sinir mərkəzləri
tərəfindən) tənzimlənən müəyyən fizioloji proseslərin
iradi tənzimlənmək qabiliyyətinə əsaslanır, bu da
məşq zamanı artır.
•
Metod xarici əks əlaqənin texniki sistemlərindən
istifadə etməklə həyata keçirilir.
Psixoloji maarifləndirmə və onun formaları
•
Psixoloji maarifləndirmə
- əhali (tərbiyəçi,
müəllim, məktəblilər, valideynlər, geniş
ictimaiyyət) arasında psixoloji yardıma, praktik-
psixoloqun fəaliyyətinə müsbət münasibət
formalaşdırmaq və onların bu sahədə
dünyagörüşünü genişləndirməyə yönəlmiş
mütəxəssis-psixoloqun profilaktik fəaliyyətinin
bir hissəsidir.
|