Yazılı və şifahi nitq
Nitqin iki forması var:bunlardan birincisi həm funksional,həm də tarixilik
baxımından ilkin,qədim və əsas olan şifahi nitq,ikincisi törəmə,yardımçı olan yazılı
nitq.
Nitq mədəniyyətindən söhbət gedəndə,adətən,onun (nitqin) şifahi forması nəzərdə
tutulur,yazılı nitq bu anlayışa daxil edilmir.Əslində isə nitq mədəniyyəti
problemlərini nitqin səlis qurulması,dil vahidlərinin
məqsədəuyğun,dəqiq,ahəngdar,aydın məzmunlu və lakonik ifadə edilməsi və digər
bu kimi məsələlərlə məhdudlaşdırmaq düzgün olmazdı.Nitq mədəniyyəti problemi
bunlarla yanaşı,əyani,konkret ifadə vasitəsi olan yazılı dillə də son dərəcə
bağlıdır.Dil sisteminin həm şifahi,həm də yazılı formalarında ədəbi dil
normalarının gözlənilməsi dilin hərtərəfli inkşafı,onun sosial funksiyasının
genişlənməsi baxımından başlıca şərtdir.Nitq mədəniyyətindən,ədəbi dilin
normaları əsasında fəaliyyət göstərən nümunəvi nitqdən,onun
düzgünlüyü,aydınlığı,saflığı,səlisliyi və s.söhbət gedirsə,o zaman yazılı nitqin
orfoqrafiya və durğu işarələri qaydalarına əməl etmək də normativlik
sayılmalıdır.Nitq inkşafı üzrə aparılan təlim işlərində onun yazılı və şifahi
formaları vəhdət şəklində götürülməlidir."...ancaq şifahi nitqə diqqət yetirib,yazılı
nitqi unutmaq nitq mədəniyyətini birtərəfli inkişaf etdirmək deməkdir.
4 İnsanlar arasında xoş münasibətin yaranmasında gözəl nitq mühüm rol oynayır.
Nitq ünsiyyəti üç formada baş verir:
Monoloq və ya monoloji nitq,
Dialoq və ya dialoji nitq,
Poliloq və ya poliloji nitq.
Yunan mənşəli olan monoloq
(monos
bir,
logos
nitq) bir insanın, şəxsin və ya
adamın nitqi deməkdir. Monoloji nitq hər yerdə ola bilər. Ailədə, idarələrdə,
səhnədə, məktəbdə və s. İnsan öz-özünə monoloq söyləməz, Lakin səhnə
adamlarının, müəllimlərin, tələbələrin və başqa ixtisas sahiblərinin məşqi və yaxud
hər hansı bir çıxışa hazırlaşmaları (mühazirəyə, dərsə, çıxışa) zamanı işlənə bilər.
Monoloji nitq müxtəlif qruplara bölünür:
Mühazirə,
Məruzə
Çıxış
Nitq
Ali məktəblərdə müəyyən mövzu üzrə professor və ya dosentinin şifahi şərhi
mühazirə adlanır.
Əvvəlcədən işlənib hazırlanmış hər hansı mövzuya məruzə deyilir. Məruzənin üç
növü qeyd olunur:
1.
Hesabat məruzəsi
2.
Elmi məruzə
3.
Siyasi məruzə
Onu da qeyd etmək lazımdır ki, məruzəni müzakirə edirlər, mühazirəni isə yox.
Mühazirədə yalnız sual verilə bilər.
Daha çox iclaslarda, yığıncaqlarda söylənilən nitqə çıxış deyilir. Çıxışda natiq irad
və təkliflərini ifadə edir. Çıxış həm elmi, həm siyasi, həm də ictimai xarakterli
olur.
Nitq siyasi, ictimai-siyasi və s. şəkildə olur. Bu baxımdan nitqin aşağıdakı növləri
var:
1.
İctimai-siyasi nitq,
2.
İttiham nitqi,
3.
Müdafiə nitqi.
4.
Müttəhimin son sözü
Dialoq yunan sözü
(dialogos)
olub, iki nəfərin arasında olan söhbət deməkdir.
Söhbətdə bir neçə adamın iştirak etməsinə isə poliloq deyilir. Poly loqos
yunanca
(poly
— çox,
loqos
-nitq) çoxlu adamın iştirak etdiyi nitq deməkdir. Belə
nitq özünü daha çox dram əsərlərində göstərir.
Nitq ünsiyyətinin formaları
Nitq müxtəlif formalarda təzahür edir, Nitqin müxtəlifliyi, təzahür formaları a)
ifadə yoluna görə və b) ifadə nizamına görə müəyyənləşir.
İfadə vasitəsinə görə nitq iki cür olur:
1.
Şifahi nitq.
2.
Yazılı nitq.
Şifahi nitqin materialı sözlər, onların ifadə olunması, tələffüz edilməsidir. Yazılı
nitqin materialı hərfi işarələrdir və onların vasitəsilə yaranan yazıdır. Şifahi nitqdə
səsin ahəngdarlığı, tembr, melodiya, mimika, jest, düzgün tələffüz, emosionallıq,
yığcamlıq, səlistlik, aydınlıq və s. nəzərə alınır. Yazılı və şifahi
nitqdə monoloqdan, dialoqdan və poliloqdan istifadə edilir. Bəzən isə məruzələr,
mühazirələr, çıxışlar, hətta bədii əsərlər (pyeslər, dram əsərləri) yazılı şəkildə
verilməsinə baxmayaraq, xalqa, kütləyə daha yaxşı çatdırılmaq üçün şifahi şəkildə
təqdim olunur. Çünki yazılı nitqin imkanları məhduddur.
1.
İfadə nizamına görə də nitq yenə də iki cür olur:
2.
Mənsur nitq və ya nəşr şəklində ifadə olunan nitq;
3.
Mənzum nitq və ya nəzm şəklində ifadə olunan nitq.
Nəsrlə ifadə olunan nitq roman, povest, növella, məqalə, oçerk, reportaj, nağıl,
dastan və s. şəklində ola bilər.
Nəzm əsərlərində isə heca, ahəngdarlıq, qafiyə, şerin təqti forması və s. əsas
götürülür. Mənzum nitq nizama salınmış nitqdir, burada kənara çıxmaq mümkün
olmur. Nəsr də, nəzm də, həm yazılı, həm də şifahi ola bilir. Lakin son dövrlərdə
yazılı mənzum nitq yalnız bədii ədəbiyyatda işlədilir. Əvvəllər isə bu
nitqdən riyaziyyat, fəlsəfə, qrammatika və hətta lüğətlərin yazılmasında istifadə
olunur.
Onu da qeyd edək ki, hər bir şəxsin xarakteri, ağlı, dünyagörüşü, düşünmə
qabiliyyəti müxtəlif olduğu kimi, nitqi də başqalarından fərqlənir. Bu fərq isə fərdi
üslubların yaranmasına səbəb olur.
|