Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri


Mövzu 3: Azərbaycan ədəbi dil normalarının işgüzar və akademik



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə12/93
tarix24.09.2023
ölçüsü6,67 Mb.
#129334
1   ...   8   9   10   11   12   13   14   15   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

Mövzu 3:
Azərbaycan ədəbi dil normalarının işgüzar və akademik 
kommunikasiyalılıqda mühüm yeri. 
İcmal:

1.Ədəbi dil və normalar.

2. Dildə fonetik, leksik və qrammatik normalar.
3. Durğu işarələri və nitq.
4. Ünsiyyətdə az işlənən sözlər. Loru və kobud sözlər.
 


 
 
 
 
 




 


 




Ədəbi dilin yazılı və şifahi formaları var.
Müasir Azərbaycan ədəbi dilinin normaları mükəmməl, sabit normalara malikdir. 
Həmin normalar müəyyən tarixi təkamülün məhsuludur. Bu cür normalılıq 
(normativlik) ədəbi dilin nisbi sabitliyindən, əhatəliliyindən və dilin daxili 
quruluşunu əks etdirməsindən irəli gəlir. 
Dilin daxili quruluşunu onun fonetikası, leksikası (lüğət tərkibi) və qrammatikası 
təşkil edir. Müasir Azərbaycan ədəbi dilinin normaları da buna uyğundur: 

fonetik norma (orfoqrafik və orfoepik). 

leksik, yaxud leksik-semantik norma. 

qrammatik 
Fonetik norma 


Sözün ədəbi dildəki yazılış qaydası 
orfoqrafik
norma, 
tələffüz qaydası 
isə 
orfoepik
norma
adlanır. 
Fonetik normada 
dəyişmə gec 
olur. Orfoepik və orfoqrafik normanın pozulması 
fonetik normanın pozulması deməkdir. 
Leksik norma 
Leksik norma hər bir şəxsdən sözün mənasına bələd olmağı, onu düzgün, yerində 
işlətməyi tələb edir. 
Leksik (leksik-semantik) normanın keyfiyyətini milli leksika müəyyən edir. 
Alınma sözlərin forma və məzmunca milliləşməsi həmin leksik mühitdə gedir. 
Fonetik və qrammatik norma ilə müqayisədə leksik normada dəyişkənlik daha tez 
olur. 
Milli leksika (əsl türk sözləri) ədəbi dildə alınma sözlərlə müqayisədə daha fəaldır, 
yüksək işlənmə tezliyinə malikdir. İkinci yeri milliləşmiş alınma leksika tutur. 
Ədəbi dildə söyüşlərə, kobud və loru sözlərə yer verilmir. 

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin