Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə15/93
tarix24.09.2023
ölçüsü6,67 Mb.
#129334
1   ...   11   12   13   14   15   16   17   18   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

sosializm, kommunizm, 
kolxoz, sovxoz 
və s. kimi sözlər artıq fəal nitq prosesindən çıxmışdır. 
Ədəbi dilə aid müəyyən istisnalar da mövcuddur: 

öz dövrünü keçirmiş nitq vahidləri üslublarda «ilişib» qalır; 

yeni nitq vahidləri bir müddət normativləşmir. 
Durğu işarələri
— dilin ümumi qrafik sistemində xüsusi yer tutan işarələr 
sistemidir ki, bunlar hərflər və digər yazı vasitələri ilə (rəqəmlər, bərabərlik işarəsi, 
bənzərlik işarəsi və s.) ifadə etmək mümkün olmayan cəhətləri bildirmək üçün 
işlədilir. Durğu işarələrinin vəzifəsi danışıq aktının məna daşıyan parçalara 
üzvlənməsini (mənalı hissələrini) göstərməkdən və onların tanınmasını təmin 
etməkdən, habelə danışıqda reallaşan sintaktik strukturun ritmik-melodik 
xüsusiyyətlərini əks etdirməkdən ibarətdir. 
Nöqtə

sual işarəsi

nida 
işarəsi

vergül

nöqtəli vergül

iki nöqtə

tire

çox nöqtə
 və s. durğu işarəsi adlanır.
[1]
 
Durğu işarələri iki funksiya yerinə yetirir. Buna görə də iki qrupa ayrılır: 
1.
 
ayırıcı işarələr

2.
 
fərqləndirici işarələr

Ayırıcı durğu işarələrinin əsas funksiyası cümlələri, cümlənin həmcins üzvlərini, 
mürəkkəb cümlənin komponentlərini və sairi ayırmaqdır. Bu qrupa nöqtə, sual və 
nida işarələri, qoşa nöqtə, nöqtəli vergül, çox nöqtə daxildir. Fərqləndirici durğu 
işarələri cütüzvlüdür, vasitəsiz nitqi, sitatları, ara cümlə və əlavə konstruksiyaları 
fərqləndirmək üçün işlədilən iki vergül, iki tire, mötərizələr və dırnaqlardan 
ibarətdir. 
Dur
ğ
u i
ş
ar
ə
l
ə
rinin yaz
ı
da i
ş
l
ə
nm
ə
si 
Durğu işarələri yazılı nitqin formalaşmasında mühüm bir vasitədir və 
kommunikativ funksiyaya malikdir. Həmçinin yazılı dilin məzmun dolğunluğunun 
yaranmasında, fikrin dəqiq və emosional təsir gücünün üzə çıxmasında və aydın, 
ifadəli tələffüzündə durğu işarələrinin rolu böyükdür. Durğu işarələri yazılı nitqi 
mənalı hissələrə bölür. Məsələn, nöqtə işarəsi cümlədə fikrin bitdiyini bildirir, 
həmcins üzvlər arasında vergül qoyulması bu üzvlərin cümlədə bərabərhüquqlu 
olduğunu göstərir. 


Yazılı nitqdə sözlər, yaxud söz qrupları arasında qoyulan işarələr durğu işarələri, 
durğu işarələrinin qoyulması haqqında qaydalar isə punktuasiya adlanır. 
Cümlədə fonetik ritmik qrupun yaranmasında pauza - durğu xüsusi rol oynayır. 
Pauza şifahi nitqdə xüsusi rol oynayır. Fasilə etmədən normal kommunikativ 
münasibət yarada bilməzlər. Şifahi nitqdəki fasiləni, həyəcanı, emosiyanı, sualı 
yazıda durğu işarələri əvəz edir. Durğu işarələri müxtəlif dillərdə eyni cür olsa da, 
vəzifələri və işlənmə yerləri müxtəlifdir. Müasir Azərbaycan dilində nöqtə (.), 
vergül (,), nöqtəli vergül (;), iki nöqtə (:), sual (?), nida (!), tire (-), üç nöqtə (...), 
mötərizə [ ( )], dırnaqlar ( "") ən çox işlənən durğu işarələridir. 

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin