gənclərin mədəniyyətinə təsirinin xüsusiyyətlərinin tədqiqi mühüm əhəmiyyət kəsb
edir.
İnternetin inkişafı müxtəlif auditoriyaların mədəniyyətinin, birləşməsinin və
inteqrasiyasının, onların dünya mədəniyyətinin nailiyyətlərinə
uyğunlaşdırılmasının intensiv yayılmasının mümkünlüyü haqqında məsələni
qaldırmağa imkan verir. Bununla əlaqədar olaraq mədəniyyətə aid informasiya
yeni bir şəkildə yayılır və fəaliyyət göstərir. Mədəni və bədii dəyərlərin ekvivalent
və hərtərəfli şəkildə yayılması və paylaşdırılması imkanı yaranır.
Mədəniyyətlərarası kommunikas
iya baxımından bu, informasiyanın internetə
maksimal nüfuz etməsinə nail olmağa imkan verir, yəni hər bir internetistifadəçisi
nəinki öz informasiyasını yerləşdirə, həmçinin oxuyuculardan “cavab” (əks əlaqə)
ala, mübahisə edə, onların fikrini öyrənə, forumlarda müzakirələr apara bilir.
İnformasiyanın ötürülməsinin vaxtında və operativ baş verməsi, “real vaxt rejimi”
zaman fərqini aradan qaldırmaqla kommunikasiya üçün yeni imkanlar yaradır.
İnternetin bu xüsusiyyəti onu rahat və geniş yayılmış mədəniyyətlərarası
kommunikasiya vasitəsinə çevirir.
Dil baryeri
mədəniyyətlərarası kommunikasiyanın ən başlıca maneələrindən
biridir. Lakin internetin texniki imkanları sayəsində dil baryerinin aradan
qaldırılması üçün getdikcə daha rahat şərait yaradılır. Bir çox saytlarda bir neçə
dildə versiyaların təklif olunması çox vacibdir. Bu, istifadəçilərə digər ölkələr
haqqında öz doğma dilində məlumat almaq imkanı verir.
Dostları ilə paylaş: