Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə36/93
tarix24.09.2023
ölçüsü6,67 Mb.
#129334
1   ...   32   33   34   35   36   37   38   39   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

 Yazışmaların növləri. 
Qeyd etmək lazımdır ki, idarələrdə yazışmaların aparılması xüsusiyyətləri
üzrə İşgüzar yazışmalar iki növə bölünür:
İnzibati işgüzar yazışmalar;
Xüsusi işgüzar yazışmalar.
İnzibati işgüzar yazışmalarda sənədləşdirmə idarəetmənin inzibati fəaliyyətini
bilavasitə özündə əks etdirir. Bütün idarələrdə bu növ kargüzarlıq idarənin
faliyyətindən asılı olmayaraq eyni formada təşkil olunur. Bunu nəzərə alaraq
idarəetmədə müdiriyyətlə əlaqədar inzibati sənədlərin tərtibi, göndərilməsi,
qeydiyyatı, icrasına nəzarət və onlardan istifadə etmək dəftərxanaya və kargüzara
həvalə olunur.
Xüsusi işgüzar yazışmalarda idarənin öz xüsusiyyətinə uyğun olaraq
sənədləşmə aparılır. Bura mühasibat, notariat, maliyyə, məhkəmə,istintaq, sosial
təminat, statistika, uçot, kommersiya sahəsi üzrə kargüzarlıq daxildir. Bu növ
kargüzarlıq bilavasitə bu işlərlə məşğul olan əməkdaşların fəaliyyəti ilə bağlıdır.
Xüsusi işgüzar yazışmaların fərqləndirici cəhəti sənəd formalarının,
nomenklaturasının və onların hazırlanmasının müxtəlif olmasıdır. İnzibati və
xüsusi işgüzar yazışmalar idarəetmədə bir-birini tamamalayır.Hal-hazırda idarə,
müəssisə və təşkilatlarda, habelə dövlət və bələdiyyə orqanlarında işgüzar


yazışmaların sənədli hissəsinin təşkilinə və sənədlərin saxlanılmasının təmin
edilməsinə ümumi nəzarəti idarə rəhbərləri və yerli arxiv orqanlarının işçiləri
həyata keçirirlər.Buna görə də idarə arxivlərinin müasir formada təşkil olunması
vacib şərtlərdən biri kimi qiymətləndirilməlidir.
Bütün idarələrdə olduğu kimi məhkəmələrdə də yazışmaların düzgün təşkili
ədalət mühakiməsinin həyata keçirilməsi, hökm və qətnamələrin icrası, məhkəmə
işlərinə vaxtında baxılması, prosessual normalara əməl edilməsi, məhkəmə işininin
təşkilinin mühüm şərtlərindəndir.
8 İşgüzar Yazışmaların həyata keçirilməsi zamanı məhkəmələrdə bu işin təşkili
qaydası müvafiq təlimatlarla tənzimlənir. Burada məhkəmə sənədlərinin
rəsmiləşdirilməsi, tərtib edilməsi, hazırlanması, uçotu, qeydiyyatı, məhkəmə
işlərinin dövriyyəsi, məlumat axtarışı, icra üzərində nəzarət, sənədlərə əsaslanan
materialların ardıcıllıqla saxlanması və onlardan istifadə edilməsi üçün
hazırlanması müəyyən edilir. İşgüzar Yazışmaların təkmilləşdirilməsi əməyin
texniki təşkili prinsiplərinin, kargüzarlığın mexanikləşdirilməsi, sənədlərlə
işləmənin forma və metodlarının tətbiq edilməsi yolu ilə həyata keçirilir.
Göründüyü kimi hər nazirliyin statusundan və fəaliyyət növündən asılı olaraq
həmin nazirliyin tabe olduğu müəssisələr və təşkilatlar üçün özünəməxsus
sənədlərlə işləmə və yazışmalar aparılmasına dair təlimatlar və digər normativ
sənədlər işlənib hazırlanır.
İşgüzar yazışmaların aparılması üzrə sənədlər iki qrupa bölünür:
1.Məxfi sənədlər üzrə işlərin aparılması;
2.Qeyri-məxfi sənədlər üzrə ilərin aparılması;
Məxfi yazışmalarla iş qaydası xüsusi təlimatla müəyyən edilir.Bunlar üçün xüsusi
əsasnamə hazırlanır.Yazışmaların aparılması və təqdim edilməsi, müəyyən


olunmuş qaydada nəzarərət edilməsi ümumi şöbə tərəfindən həyata keçirilir.
Dövlət hakimiyyət və idarəetmə orqanlarından ,ictimai təşkilatlardan ,hüquqi və
fiziki şəxslərdən nazirliklərə daxil olan yazışmalar ümumi şöbə tərəfindən qəbul
olunur,qeydə alınır,uçota götürürülür.
Əgər yazışmalar başqa şöbələrə daxil olubsa ,onlar hökmən ümumi şöbədə
qeydiyyata götürülməlidir.
Əgər sənədlər başqa şöbələrə daxil olubsa ,onlar hökmən ümumi şöbədə
qeydiyyatdan keçməlidir.
Xarici dillərdə olan yazışmalar qeydə alındıqdan sonra tərcümə olunmalı,sonra
isə təyinatı üzrə göndərilməlidir.
Rəhbərliyin imzası üçün verilən sənədlərdə hökmən onu hazırlayan vəzifəli
şəxsin vizası olmalıdır.Viza sənədin son vərəqininarxa tərəfində
9qoyulmalıdır.Normativ aktların layihələrinin imzalanması prossesi ümumi şöbə
tərəfindən həyata keçirilir.
Əvvəllər verilmiş sənədlərin, onların nüsxələrinin dəyişdirilməsini ümumi şöbə
həyata keçirir.Rəsmi materialları ümumi şöbənin mətbuat əlaqələri üzrə baş
mütəxəssisi verir. Bu materialların yayılması qaydası müvafiq əsasnamə ilə
rəsmiləşdirilir.
Maliyyə, bank, vergi əməliyyatları üçün hazırlanmış işgüzar yazışmalarda
bütün əməliyyatlar qeyd olunur.
Kommersiya sahəsi üzrə yazışmalarda isə satıcı və alıcı arasında möhkəm
iqdisadi əlaqələr və sövdələşmələr təşkil edilir.Sövdələşmələr normativ hüquqi
sənədlərə əsaslanaraq aparılır.
Təşkiatlatların və ya onların sturuktur bölmələrinin rəhbərləri ilə əmək
münasibətlərinin yaranması, dəyişdiririlməsi və ya ona xitam verilməsi üzrə


aparılan işgüzar yazışmalar daxüsusi növ işgüzar yazışmalara aid olmaqla qeyri-
məxfi sənədlər növünə aiddir.
Nəşrinə icazə verilmiş normativ aktlarda ümumi şöbənin möhürü olmalıdır.
Müasir dünyanı böyük informasiya axını olmadan təsəvvür etmək mümkün
deyil.Bu məlumatların çatdırılması sənədlər üzərində aparılır.
Son illərdə işgüzar yazışmalar idarəetmənin ilk həlqələrində daha çox
yayılmışdır.Xüsusi müəssisələr, özəl müəssisələr öz kargüzarlığını təşkil etmişdir.
İdarələrdə hər bir sənədin tərtibi ,yenidən yazılması,oxunması, üçotu, çoxaldılması,
mühafizəsi , axtarışı, daşıdığı məlumatın yenidən işlənməsi ,idarənin daxilində və
xaricində çatdırılması, müxtəlif məlumatların alınması,verilməsi və sair üzrə geniş
işlər aparılır.

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin