Bəzi müəlliflər düşünürlər ki, onların yazıları nə qədər mürəkkəb olsa, bu yazının
bir o qədər professional olduğunu göstərir. Lakin bu yanlış yanaşmadır.
Müvafiq
hissələr oxucuların yazınızı oxuyub-oxumayacağı kimi
mühim bir məsələni həll
edir. Odur ki, oxucunuzun işini çətinləşdirməyin və bu hissələrin mümkün olduğu
qədər sadə və konkret yazılmasına səy göstərin.
Arqumentinizlə bağlı bir sıra çətinliklərlə üzləşə bilərsiniz.
Müəlliflərin ən çox
yolverdikləri səhvlərdən bir digəri də bu çətinlikləri oxucudan gizlətməyə
çalışmaqdır. Problemləri üstünlüklərə çevirin. Arqumentinizin
problemlərini
gizlətməkdənsə, onlarla üzləşin. Oxucunuza qarşı daima dürüst olun.
Çətinlikləri
təsvir etmək iddianızın daha da detallaşdırılmış formaya düşməsinə səbəb olacaq.
Eyni zamanda bu, gördüyünüz iş barəsində özünüzü rahat hiss etməyinizə kömək
edəcək.
Nəticə hissəsini həddindən artıq uzun yazmaq yolverilən səhvlərdən bir digəridir.
Müvafiq hissə sizin mövzu ilə bağlı son sözünüzü çatdıra biləcəyiniz hissədir.
Burada siz həmçinin məqalədə qoyulmuş problemin həllinə yönəlmiş təkliflərinizi
də verə bilərsiniz. Düzgün qurulmuş nəticə oxucuda xoş təəssürat bağışlamağınıza
yardımçı olacaqdır.
NƏTİCƏ
Hüquq məqaləsi yazarkən diqqət yetirilməli olan ən mühim və başlıca
məqamlardan biri də düzgün strukturun formalaşdırılmasıdır. Bunun üçün yazının
strukturunu formalaşdırarkən qarışıqlıq və mürəkkəblikdən çəkinməyə çalışın. Bu
zaman hər şeyin planlı qurulduğundan əmin olun. Planlı işləmək, həm də vaxtınıza
qənaət etməyinizə kömək edəcəkdir.
Anons
– mətbuat, tele-radio kompaniyalar bizim üçün hazırladıqları əsas və
maraqlı hadisələrin elanıdır.
"İzləyin", "Bu günkü efirdə dinləyin", "Növbəti sayda oxuyacaqsınız" - bunlar
anonsun müxtəlif formalarıdır. Anons Jurnallar gələcək sayda gedəcək ən maraqlı
xəbərlərin xülasəsinə yer ayıra bilər. Qəzetlər də, heç də onlardan geri qalmır. Bir
qayda olaraq anonslar qısa şəkildə verilir: tele-radiolarda anonslar təxminən 30
saniyə çəkir. Qısa bir vaxt ərzində böyük bacarıq və istedad tələb olunur ki, bizləri
anonslarda gedən verilişlərə baxmağa inandıra bilsinlər.
Dostları ilə paylaş: