MƏDƏNI NİTQƏ VERĠİLƏN BAġŞLICA TƏLƏBLƏR Xalqın
müstəqillik
qazandığı, Azərbaycan dilinin sözün həqiqi mənasında dövlət dili olduğu və geniş
ünsiyyətə xidmət etdiyi indiki zamanda düzgün, aydın, məntiqli, yığcam, canlı,
sadə, dəqiq və təsirli danışa və yaza bilmək,
başqa sözlə, yüksək nitq
mədəniyyətinə yiyələnmək mühüm tələb kimi qarşıya qoyulur. Müasir dövrümüz
gənc nəslin qarşısında yüksək nitq mədəniyyətinə yiyələnmək vəzifəsini qoyur.
Dövlət qurumlarından dəfələrlə narazılıq eşidilmişdir ki, gənclərimiz,
xüsusən
Bədən Tərbiyəsi və İdman Akademiyasının Olimpiya oyunlarında, dünya və
Avropa çempionatlarında öz gücü, iradəsi, dözümlülüyü ilə fərqlənərək medallar
qazanmış tələbə və məzunları efir və ekran qarşısında, dövlət başçısı Prezidentə
məlumat verəndə öz uğurlu nəticələri haqqında olduqca sönük çıxış edir, 4-5
cümlədən
ibarət fikrini gözəl, rəvan, səlis dillə ifadə etməkdə çətinlik çəkirlər,
yüksək idman nəticələri ilə bütün dünyanı heyran qoymuş çempionlarımız öz
rabitəsiz və sönük çıxışları ilə dinləyiciləri çox təəccübləndirirlər. Doğrudanmı
səlis, rəvan, gözəl danışmağı bacarmaq belə çətindir? Axı gözəl danışığa
yiyələnmək həyatda qazanılır və hər kəsin özündən asılıdır. Hələ eramızdan əvvəl
yunan və Roma natiqlik məktəblərinin görkəmli nümayəndələri Diogen və
Demetriy nitqin beş keyfiyyətini - təmizliyini, aydınlığı, yığcamlığı,
məqsədəuyğunluğu və gözəlliyini əsas sayaraq mədəni
nitqi müəyyənləşdirən
məziyyətlərin həlledici olduğunu önə çəkirdilər.
NĠTQĠN DÜZGÜNLÜYÜ.
Nitqin düzgünlüyü eyni dərəcədə onun forması və
məzmununa hesablanmış anlayışdır, yəni düzgün nitq formaca və məzmunca
düzgün qurulmuş nitqdir. Düzgün nitqə yiyələnmək üçün təkcə qrammatik
qaydalara riayət etmək azdır, ədəbi dilin digər normaları da nəzərdə
saxlanılmalıdır. İlk növbədə cümlələr məntiqi cəhətdən düzgün qurulmalı,
dilin
fonetik, leksik və qrammatik normaları pozulmamalıdır. Hadisələr, faktlar, onların
səbəb-nəticə əlaqələri bilərəkdən təhrif olunmuş şəkildə dilə gətirilməməli,
reallıqdan uzaqlaşma hallarına, yalan məlumatlara, layiq olmayan təriflərə,
nöqsanların ört-basdır edilməsinə yol verilməməlidir. Deməli,
düzgün nitq ifadə
olunan fikrin həqiqiliyindən, doğrudürüstlüyündən çox asılıdır. Tarixi reallığı
düzgün qiymətləndirə bilməyən natiqin, mühazirəçi, məruzəçi, icmalçının çıxışı dil
normalarına cavab versə də, düzgün nitq sayıla bilməz. Nitqin düzgünlüyü yalnız o
zaman təmin oluna bilər ki, nitq söyləyən şəxs bədii təsvir vasitələrindən,
sinonimlərdən, obrazlı ifadələrdən,
yeri gəldikcə atalar sözləri, zərb-məsəllərdən,
aforizmlərdən məqamında da bəhrələnsin. Deməli, nitqin düzgünlüyü üçün məntiqi
və qrammatik cəhətdən düzgün qurulmuş cümlələr əsas götürülməklə ədəbi
tələffüz qaydaları gözlənilməli,
normal diksiya, nitq fasilələri, məntiqi vurğu
nəzərdə saxlanılmalıdır. Deməli, nitqin düzgünlüyü dedikdə cümlələrin qrammatik
cəhətdən düzgün qurulması, sözlərin yerliyerində işlədilməsi, fikrin aydın, dəqiq,
məntiqi ardıcıllıqla və ədəbi tələffüz normalarına uyğun ifadə olunması başa
düşülür.
Dostları ilə paylaş: