Nemətsə də gözəl şeir,
Şair olan qəm də yeyir,
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir, deyir,
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən!
Dünən mənə öz əlində
Gül gətirən bir gəlin də
Gözlərində min bir sual
Heykəl kimi dayandı lal.
O bəxtəvər gözəlin də
Mən oxudum gözlərindən:
Şair, nə tez qocaldın sən?
Ovçuluğa meyil saldım,
Gecə-gündüz çöldə qaldım.
Dağ başından enib düzə
Bir ox kimi süzə-süzə
Neçə ceyran nişan aldım,
Cavab gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən!
Bəzən uca, bəzən asta,
Ötür sazım min sim üstə.
Andı yalan, eşqi yalan.
Dostluğu da rüşvət olan,
Ürək yıxan bir iblis də
Üzəvari deyir hərdən:
Şair, nə tez qocaldın sən!
Saç ağardı, ancaq ürək,
Alovludur əvvəlki tək.
Saç ağardı, ancaq nə qəm,
Əlimdədir hələ qələm.
Bilirəm ki, deməyəcək,
Bir sevgilim, bir də vətən:
Şair, nə tez qocaldın sən!
Bu misralardan sonra söz deməyə, ahəngdarlıqdan danışmağa heç bir natiqin haqqı
yoxdur. Bu, əsl istedadın, sənətkarın, şair-natiqin qələbəsi və bu qələbənin
təntənəsidir. Əsl natiq ustalıq nümayiş etdirərkən, nitqində bu cəhətləri hökmən
nəzərə almalıdır. Doğrudur, bu nəsr dili ilə çox çətindir. Lakin bacarıqlı natiq bu
cəhətlərdən məharətlə istifadə edir.
Ulu öndərimiz Heydər Əliyev öz nitqində bu cəhətləri layiqincə işlətmişdir.
«Heydər Əliyevin nitqləri auditoriyanın marağına, səviyyəsinə, dərketmə imkanına
müvafiq gəlir -auditoriya ilə natiq arasında demək olar ki, hər dəqiqə psixoloji
kontakt olur. Bunu aşağıdakı amillər təmin edir:
çıxışın bütünlüklə auditoriyanı bilavasitə maraqlandıran faktlar, hadisələr,
konkret məlumat və misallar üzərində qurulması;
çıxışda həmin auditoriya üçün əhəmiyyətli mülahizələrin irəli sürülməsi;
natiqin ümumən Azərbaycan cəmiyyətini narahat edən ən aktual məsələlərə,
problemlərə toxunması, mövcud mülahizələrə analitik bir aydınlıq gətirməsi;
auditoriya ilə polemikaya, fikir mübadiləsinə, əgər buna ehtiyac varsa,
girilməsi və onun marağının nəzərə alınması;
auditoriyanın anlayacağı sözlər, ifadələr, cumlələr işlədilməsi və s.
Dostları ilə paylaş: |