Tədimatdan öncə ona hazırlaşın. Təqdimatdan öncə ümumi olaraq təqdimatınıza
göz gəzdirin. Çatışmayan cəhətləri aradan qaldırın. Eyni zamanda danışığınızı,
bədən dilini və səs tonunuzu məşq edin. Bu, sizdə qeyd olunan davranışların
peşəkar davranış halına gəlməsinə səbəb olacaq və bu davranışlarınızı inkişaf
etdirmiş olacaqsınız.
Kiçik fasilələr verin. Təqdimatınız çox maraqlı olsa da, uzun çəkməsi yorucu ola
bilər. Ona görə də, əgər təqdimatınız uzun çəkəcəksə təqdimat zamanı bir neçə
fasilə verin.
Rəng və animasiyalara diqqət. Sadə hazırlanmış slaydlar insanlara yorucu gələ
bildiyi kimi, eyni zamanda daha qabarıq rənglərdən və diqqət çəkən
animasiyalardan istifadə olunmuş təqdimat da auditoriyanın fikrini yayındırar. Ona
görə də, işgüzar rənglərdən və animasiyalardan istifadə etməyə çalışın.
Bir nöqtədə dayanmayın. Təqdimat zamanı eyni nöqtədən diqtə etmək insanlara
yorucu gəlir. Amma unutmaq lazım deyil ki, çox hərəkət etmək də xoş qarşılanmır
və auditoriyanın fikrini yayındırır. Ayaq səslərinin olmaması üçün ayaqqabı
seçiminə diqqət edin.
Yazı lövhəsindən istifadə edin. Əgər təqdimatınızda nümunələr, hesablamalar
olarsa onları lövhədə yazaraq izah etməyə çalışın. Bu, insanlara daha maraqlı
gələcək.
Mövzu 15: Akademik yazı qaydaları, e lmi iş (tezis, məqalə, dissertasiya və s.) yazmaq vərdişlərinin formalaşması və müasir tələblər və texnoloji avadanlıqların tətbiqi. İcmal: 1. Akademik yazı və digər yazı növlri arasındakı bəzi önəmli şərtlər 2. Elmi məqalələrin, teziz və dissertasiyaların hazırlanma qaydaları. 3. Akademik yazılarda beynalxalq standartların tələbləri. 4. Akademik yazıların hazırlanmasında texnoloji avadanlıqlardan səmər