qısa şəkildə göstərir. Elmi işinizin əvvəlində yerləşdirilən abstrakt tədqiqat
məqaləsi, tezis və ya hər hansısa bir sahənin dərin təhlilinin qısa xülasəsidir və
oxucuya elmi yazının məqsədini ən qısa vaxtda çatdırmaq üçün yazılır. Yadda
saxlamaq lazımdır ki, onu yazınızın potensial oxucusu üçün yazırsınız
və əksər
oxucular bütün yazınızı oxumazdan öncə, abstraktı oxuyurlar. Abstrakt yazınızın
nə barədə olacağını deməlidir və kənardan qiymətləndirən bir şəxsin yazınızda
oxuya biləcəyi ilk mühüm hissədir. O səbəbdən də, siz
abstrakta elmi işinizə
diqqət və maraq oyadacaq imkan kimi baxmalısınız.
Abstrakt yalnız oxucunu tezisə hazırlayan giriş deyil, o həm də zaman və məkan
darlığı içərisində bütün elmi işi əvəz edə biləcək gücdə olmalıdır. Onu yazmaq
böyük bir mətni əsas hissələrədək kiçiltməyə - görülən elmi işi yekunlaşdırmağa
xidmət edir. Abstraktı yazarkən elmi yazı işinizin metodologiya, başlıca tapıntılar
və s. daxil olmaqla, əsas məqamlarını açmalısınız.
Abstraktınızın əsas funksiyası oxucularınıza
nə etdiyinizi deyil, nəyi kəşf
etdiyinizi
göstərməkdir. Digər məlumatlar - tədqiqat metodlarınız sizə gəldiyiniz
nəticələr
11barədə iddialarınızı dəstəkləmək üçün lazımdır.
Abstrakt daha böyük bir işin mühüm keyfiyyətlərini qısaldılmış formada
özündə
ehtiva edir. O, önəmli detal və məqamların dəqiq xülasəsidir. Abstraktın həcmi
mövzu və nəşriyyat tələblərindən asılı olaraq, dəyişə bilər. Bir qayda olaraq,
abstrakt 1-2 paraqrafdan və 100-500 sözdən ibarət olur, amma
çox nadir hallarda
bir səhifədən artıq olur.
Bundan başqa, elmi konfranslar və seminarlarda çıxış etmək istədikdə, abstraktı
xeyli əvvəldən göndərmək tələb olunur.
Abstraktdakı bütün məlumatlar elmi yazının əsas hissəsində də əks olunmalıdır,
yazıda olmayacaq heç bir məlumat abstrakta daxil edilməməlidir. Abstraktı
yazarkən burada cədvəl, sxem və qrafiklər göstərməyin.
Əgər düşünürsünüzsə ki, tədqiqat işiniz
müəyyən suallara cavab verir, o zaman
niyə bu sualları abstraktda yerləşdirməyəsiniz?! Bu, oxucuları düşündürər və
mövzuya onların marağını cəlb edər.
Abstraktınızı bu şəkildə qura bilərsiniz:
1. Problemi bildirin.
2. Problemin və onu həll etməyin əhəmiyyətini söyləyin.
3. Tapdığınız həll yolu ilə nəyə nail olmağın mümkünlüyünü deyin.
4. Tapıntınızdan sonra onunla nəyin əldə edilə biləcəyini söyləyin.
Oxucunun abstraktı oxumaqda məqsədi tədqiqat işinin mövzusu və elmi yazıda
tədqiqatın necə əks etdirilməsi barədə təsəvvür əldə etməkdir.
Xülasə
Xülasə tezis və ya dissertasiyanın sonuncu hissələrindəndir, ordakı əsas fikir və
tapıntıları çatdırır. Burada tapıntılar və ya tədqiqatın nəticələri qeyd olunur.
Xülasənin aşağıdakı xüsusiyyətləri var: 1) Xülasə tədqiqatın əsas məqsədi və
vəzifələri, tədqiqat müddəti, tədqiqat metodu, tədqiqat vasitəsi və seçmə
dizaynından bəhs edən qısa cümlələrdən ibarət olmalıdır. 2)Tapıntılarınız
ümumiləşdirilmiş şəkildə yazılmalıdır, mətn və rəqəmlərdən ibarət vacib
məlumatların xülasəsindən ibarət olmalıdır. 3) Xülasəyə vacib tapıntılar daxil
edilməlidir. 4) Xülasəyə heç bir yeni məlumat və statistik göstəricilər daxil
edilməməlidir. 5) Tapıntılar qısa şəkildə verilməlidir. Tapıntılar xülasədə izah
edilməməli və ya onlar barədə ətraflı məlumat verilməməlidir.
1213
Dostları ilə paylaş: