Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə86/93
tarix24.09.2023
ölçüsü6,67 Mb.
#129334
1   ...   82   83   84   85   86   87   88   89   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

(8, s. 120).
Bu tələbələrə cavab verməyən məqalələr qəbul olunmayacaq
.
*** Məqalənin hazırlanmasına dair nümunə forması 
Dissertasiyanın tərtı bı nə ümumi qısa baxı 
Titul - Üz vərəqi dissertasiyanın birinci səhifəsidir. Bura nömrə qoyulmur.
Mündəricatda
dissertasiyanızın
bütün bölmələri ardıcıllıqla göstərilir.
Mündəricatda bütün fəsillərin, yarımfəsillərin və bəndlərin başlanğıc nömrəsi
göstərilir.
Giriş – təxminən 4-5 səhifəyə qədər ola bilər. ”Giriş”də tədqiqatın məqsəd və
vəzifələri, aktuallığı, elmi yeniliyi, praktik əhəmiyyəti, metod və metodologiyası,
ədəbiyyatda qoyuluşu və s. göstərilir.
Əsas hissə - fəsillər, yarımfəsillər və bəndlərdir.Adətən, iki və ya üç fəsildən və
hər fəsil ən azı 2 yarımfəsildən ibarət ola bilir. Çalışmaq lazımdır ki, fəsillər
arasında həcmcə mütənasiblik də gözlənilsin.
Nəticə 3-4 səhifəyə qədər ola bilər. Nəticələr konkret olaraq göstərilir.Təkliflər də
verilə bilər.


İstifadə edilmiş ədəbiyyat - real və tədqiqata uyğun olmalıdır. Əlavə mütaliə
edilmiş ədəbiyyat, yaxud internet saytı da ədəbiyyat siyahısına daxil olur. Hər
halda ədəbiyyatda da zənginlik görünməlidir. Xüsusilə son dövrlərin ədəbiyyatına
üstünlük verilməlidir.
“Əlavələr”də mövzu ilə bağlı müəyyən cədvəllər, müəyyən sənədin üzü, təlimat
və s. verilə bilər.
Dissertasiya çap olunarkən qeyd olunan ardıcıllıq gözlənilməlidir.
Tərtibata daha ətraf ı baxı 
Titul vərəqi 
Titul vərəqi dissertasiyanızın birinci səhifəsidir, nömrələnmir və “Dissertasiya
şuraları haqqında” əsasnamədəki əlavə 1,5-ə uyğun olaraq tərtib edilir. Titul
8Əlavə I Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya
Komissiyasının xüsusi buraxılışı. (2013)-ə əsasən uyğunlaşdırılmışdır.vərəqinin 
tərtibinə ciddi əməl edilməlidir. Bu səhifənin baş hissəsində Nazirliyin
və onun altında tədris müəssisəsinin adı yazılır. Ondan aşağıda vərəqin sağ
tərəfində “Əlyazması hüququnda” sözləri yazılır. Daha sonra aşağıda müəllifin
adı, atasının adı və soyadı yazılır (adlıq halda).
Vərəqin ortasında dissertasiya işinin mövzusu yazılır. Mövzu təsdiq olunmuş
formada dəqiq yazılmalıdır. Mövzunun altında ixtisasın şifri və adı göstərilməklə -
MAGISTR DİSSERTASİYASI yazılır.
Sonra aşağıda vərəqin sağında elmi rəhbərin adı, soyadı, atasının adı, elmi
dərəcəsi və elmi adı göstərilir.
Vərəqin aşağı hissəsində dissertasiyanın yerinə yetirildiyi yer və il yazılır (“il”
sözü yazılmadan).

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin