Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə137/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   129   130   131   132   133   134   135   136   137
Biokimyanın əsasları I cild

 
4.11.6. NUKLEOPROTEİNLƏR 
N u k l e o p r o t e i n l ə r

protamin və histonlar qrupuna aid olan 
xırdamolekullu zülallarla nuklein turşularının kompleks birləşmələridir. Bu 
zülallar ilk dəfə hüceyrə nüvəsində kəşf edilmişdir (F.Mişer, 1869). Onların 
adları da kəşf edildiyi hüceyrə orqanoidlərinin adı ilə əlaqədardır (
nucleus

nüvə). Lakin bu zülallara sitoplazmada da təsadüf edilir. Buna görə, hazırda 
“nukleoprotein” sözü öz əvvəlki əhəmiyyətini itirərək, şərti termin kimi istifadə 
edilir.
Nukleoproteinlərin bioloji əhəmiyyəti prostetik qruplarının (nuklein turşu-
larının) funksiyaları ilə əlaqədardır (bu haqda 5-ci fəsildə məlumat verilir). 
Nukleoproteinlərin zülal hissəsini təşkil edən protamin və histonlar qələvi 
xassəsinə malik olur və buna görə də nuklein turşuları ilə duzabənzər birləş-
mələr əmələ gətirir. Bu zülalların hidrolizatında diaminmonokarbon turşula-
rının miqdarı üstünlük təşkil edir. Bəzi nukleoproteinlərin tərkibində protamin 
və histonların əvəzində daha kiçik molekullu peptidlər ola bilər. Lakin onların 
tərkibində də arginin və lizin qalıqlarının sayı digər aminturşulara nisbətən çox 
olur. 
Nukleoproteinlər kimyəvi strukturuna və bioloji funksiyalarına görə 2 əsas 
qrupa bölünür: 1) dezoksiribonukleoproteinlər; 2) ribonukleoproteinlər. 
Adlarından məlum olduğu kimi, dezoksiribonukleoproteinlərin prostetik 
qrupu dezoksiribonuklein turşularından, ribonukleoproteinlərin prostetik qrupu 
isə ribonuklein turşularından ibarətdir. Müxtəlif mənbələrdən alınan nukleo-
proteinlərin tərkibində onların ümumi kütləsinin 30-65%-i qədər zülal olur. 
Lakin bəzi virus nukleoproteinlərində apoproteinin miqdarı 95-97%-ə qədər ola 
bilər. 
Nukleoproteinlərin tərkibində olan zülallarla nuklein turşularını birləşdirən 
ion rabitələri olduqca davamsızdır. Tərkib hissələrini bir-birindən ayırmaq 
məqsədilə onları xloroformla qarışdırıb çalxalayırlar. Bundan əlavə, zülalları 
dializ, duzlaşdırma və istilik təsiri ilə də nuklein turşularından ayırmaq 
mümkündür.

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin