h e p t o z a l a r
–
sedoheptuloza və
monoheptulozadır.
S e d o h e p t u l o z a
fotosintez prosesində fosfat efiri şəklində əmələ gəlir; ilk
dəfə dovşankələmi bitkisində müşahidə edildiyinə görə sedoheptiloza adlanır (yunan
-
ca:
cedum
–
dovşan kələmi).
29
İnsan orqanizmində karbohidratların pentozafosfat tsikli üzrə oksidləşmə-
si prosesində də aralıq məhsullarından biri sedoheptulozanın fosfat efiridir.
Bəzi bakteriyaların və maya göbələkciklərinin tərkibində d-qlisero-d-manno-
heptoza, d-qlisero-d-qlükoheptoza və başqa ali şəkərlər olur. Bir sıra tropik
bitkilərin meyvələrində molekulunda səkkiz karbon atomu olan monosa
-
xaridlər
–
oktozalar
və doqquz karbon atomuna malik olan monosaxaridlər
–
nonnozalar
–
aşkar edilmişdir. Bunlar insan və heyvan toxumalarında
tapılmamışdır.
Monosaxaridlərin növlərinin və onların törəmələrinin
nomenklaturasında
müxtəlif prinsiplər əsas götürülür. Onların molekul tərkibində olan karbon
atomlarının sayına əsaslanan adları haqqında yuxarıda məlumat verilmişdir.
Monosaxaridlərin elmdə istifadə edilən adlarının əsasını çox vaxt onların
neytral növlərinin kortəbii surətdə formalaşmış ümumişlək adları təşkil edir:
riboza, ksiloza, qlükoza, qalaktoza, fruktoza kimi terminlər deyilənlərə misal
ola bilər. Bu terminlər əsasında müvafiq aminşəkərlərin və karboksil qrupuna
malik olan monosaxaridlərin adları düzəldilir. Məsələn, qlükoza və qalakto-
zanın amin törəmələri müvafiq surətdə qlükozamin və qalaktozamin adlanır;
“qlükuron turşusu”, “qalakturon turşusu” kimi terminlər isə həmin mono-
saxaridlərin turş xassəli törəmələrini (1-ci karbon atomu turşu qrupu şəklində
olan törəmələr) ifadə edir.
Monosaxaridlərin adlarında olan “oza” sonluğu müvafiq birləşmənin
karbohidratlar qrupuna aid olduğunu göstərir, bu sözlərin kökü isə çox vaxt
həmin monosaxaridin müəyyən bir xassəsini əks etdirir; məsələn “fruktoza”
sözü bu ad altında nəzərdə tutulan şəkərin meyvə mənşəli olduğunu, qalaktoza
isə həmin şəkərin süddən alındığını əks etdirir (yunanca:
fructos
–
meyvə,
gala
,
galactos
–
süd).
Keton xassəli monosaxaridlərin (ketozalar) adlarına
–
uloza sonluğu əlavə
edilir; bu prinsipə görə, molekuluna 5 karbon atomu daxil olan ketozalar
–
pentuloza, 6 karbon atomunun birləşməsindən ibarət olan ketozalar
–
heksulo-
za adlanır. Bundan əlavə, monosaxaridlərin adları qarışıq prinsip üzrə də dü-
zəldilir, yəni belə adlar bir tərəfdən monosaxaridin aldoza və ya ketoza qrupuna
aid olduğunu, digər tərəfdən isə molekul strukturuna daxil olan karbon atom-
larının sayını əks etdirir: aldotrioza, ketopentoza və s.
Monosaxaridlərin müxtəlif törəmələrini adlandırmaq üçün onları molekul
strukturuna daxil olan karbon atomları aldehid qrupu olan tərəfdən və ya keton
qrupunun yaxınlıqda yerləşdiyi tərəfdən nömrələyirlər; yan zəncirə birləşmiş
əlavə radikalın adından əvvəl onun rabitədə olduğu karbon atomunun nömrəsi
qeyd edilir və əgər əlavə radikal karbon atomu ilə deyil, başqa atom vasitəsilə
birləşərsə, onda həmin atomun adı göstərilir. Dezoksişəkərlərin adlarında isə
“dezoksi” sözönü və oksigenlə rabitədə olmayan karbon atomunun nömrəsi gös-
tərilir; Məsələn, 2-dezoksiriboza, 3,4-di-0-metilqlükoza, 2-amin-2-dezoksi-
qlükoza və s.
30
Monosaxaridlərin bütün növləri müxtəlif stereoizomerlər şəklində ola bilər
(bu cəhətdən yalnız triozaların bir növü olan dihidroksiaseton müstəsnalıq təşkil
edir). Bu, monosaxaridlərin molekullarında asimmetrik karbon atomlarının
olması ilə əlaqədardır. Məlumdur ki,
eyni ardıcıllıqla yerləşən, lakin fəzadakı
mövqeyi bir-birindən fərqlənən atomların birləşməsindən ibarət olan molekullar
stereoizomerlər hesab edilir.
Üzvi maddə molekullarında 4 valentlik vahidinin hər biri müxtəlif kimyəvi
radikallarla birləşmiş karbon atomları asimmetrik atomlar adlanır. Hər bir
asimmetrik
karbon atomu müvafiq kimyəvi birləşmənin 2 stereoizomerini törədə
bilər. Bunlara d- və l-izomerlər (enantiomerlər) deyilir.
Monosaxaridlərin ən bəsit strukturlu
növü olan qliserin aldehidinin (aldotrioza)
molekulunda 1 asimmetrik karbon atomu
vardır. Buna görə qliserin aldehidi 2 stereo
-
izomer formada ola bilər. Molekulun müs-
təvi üzərindəki proyeksiyasında
–
OH qrupu
karbon atomundan sağ tərəfdə yerləşən
qliserin aldehidi d-izomer, həmin radikalı
sol tərəfdə olan qliserin aldehidi molekulu isə l-izomer adlandırılır. For-
mullarından göründüyü kimi, bu izomerlər bir-birinin güzgüdəki əksinə
bənzəyir (bu işarələr
dextro
–
sağ və
laevo
–
sol sözlərindən götürülmüşdür).
Aldoza strukturlu tetrozalarda 2, pentozalarda 3, heksozalarda isə 4
asimmetrik karbon atomu olur. Ketozaların molekullarında asimmetrik karbon
atomlarının sayı molekul strukturunda eyni sayda karbon atomu olan aldo-
zalardakına nisbətən 1 ədəd az olur. Əgər hər hansı monosaxarid molekulunda
olan asimmetrik karbon atomlarının sayını n-lə işarə etsək, onun törədə
biləcəyi stereoizomerlərin sayını N=2
n
düsturu ilə hesablaya bilərik (burada
N-stereoizomerlərin sayını göstərir). Beləliklə, aydın olur ki, aldotriozaların 2,
aldotetrozaların
–
4(2
2
), aldopentozaların 2
3
=8, aldoheksozaların 2
4
=16 stereo-
izomeri ola bilər. Ketozaların molekullarında asimmetrik karbon atomlarının
sayı aldozalardakından 1 ədəd az olduğuna görə, ketotriozalarda belə atom
olmur; ketotetrozalarda 1, ketopentozalarda 2, ketoheksozalarda isə
–
3 asim-
metrik karbon atomu olur. Deməli onların stereoizomerlərinin sayı müvafiq
surətdə 2, 4 və 8 olmalıdır.
Aralarındakı fərqlər yalnız eyni bir karbon atomuna birləşən radikalların
31
fəzadakı mövqeyinin fərqli olması nəticəsində yaranan stereoizomerlərə
enantiomerlər
deyilir. Yəni qliserin aldehidinin d- və l- formaları bir-birinin
enantiomerləridir. Monosaxaridlərin enantiomer xassəsinə malik olmayan
stereoizomerlərinin (diastereoizomerlər) sayı daha çox olur və onlar kimyəvi
və fiziki xassələrinə (o cümlədən həllolma qabiliyyətlərinə, ərimə və qaynama
temperaturlarına) görə bir-birindən daha çox fərqlənirlər. Belə stereoizo-
merlərin molekullarında karbon atomları zəncirlərinin müxtəlif səviyyələrinə
birləşən kimyəvi radikallar bir-birindən fərqlənən fəza strukturuna malik olur.
Məsələn, d-qlükoza l-qlükozanın enantiomeri, aldoheksozaların digər 14 növü-
nün (l- və d- qalaktoza, l- və d- mannoza və s.) isə
diastereoizomeridir.
Canlı orqanizmlərdə monosaxaridlərin əksəriyyətinin d-stereoizomerləri olur.
Bu baxımdan l-arabinoza, nadir hallarda təsadüf edilən bakteriya mənşəli
monosaxarid
–
l-ramnoza və bitki monosaxaridi
–
l-sorboza müstəsnalıq təşkil
edir.
Müxtəlif xiral mərkəzlərindən (yəni asimmetrik mərkəzlərin ətrafındakı
konfiqurasiyaları fərqli olan sahələrdən) birinə görə fərqlənən üzvi maddələr
epimerlər
adlanır. Məsələn qlükoza ilə qalaktoza və qlükoza ilə mannoza bir-
birinin epimerləridir. Bir epimerin digərinə çevrilməsi
epimerləşmə reaksiyası
adlanır.
Bütün monosaxaridlər optik-fəal maddələrdir. Yəni onların hamısının məh-
sulları polyarimetrdə işıq şüasının istiqamətini sağ və ya sol tərəfə dəyişmək
(fırlatmaq) xassəsinə malikdir. Qeyd etmək lazımdır ki, monosaxaridlərin optik
fəallığının stereoizomerliklə birbaşa əlaqəsi yoxdur; bəzi d-izomerlər polya-
rizasiya müstəvisini sola, l-izomerlər isə sağa fırlada bilir. Məsələn, d-qliserin
aldehidi polyarizasiya müstəvisini sağa, l-qliserin aldehidi isə sola fırladır,
bunların əksinə olaraq, təbiətdə rast gəlinən d-fruktoza polyarizasiya müstə-
visini sola fırladan izomerdir. Buna görə monosaxaridlərin adlarında optik
fəallıq xassələrini də əks etdirmək üçün d- və l- işarələrindən sonra onların
polyarizasiya müstəvisini sağa və ya sola fırlatdığını göstərmək məqsədilə,
müvafiq surətdə (+) və ya (-) işarəsi yazılır: d(+)-qliserin aldehidi, l(-)-qliserin
aldehidi, d(+)-qlükoza, d(-)-fruktoza və s.
Dostları ilə paylaş: |