Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə22/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   137
Biokimyanın əsasları I cild

2.
Dezoksişəkərlər 

hidroksil qruplarından biri və ya bir neçəsi hidrogen 
atomu ilə əvəz edilmiş monosaxaridlərdir. Təbiətdə (canlı orqanizmlərdə) 
dezoksialdozalar dezoksiketozalara nisbətən çox yayılmış-
dır. Bunların ən mühüm nümayəndəsi 2-dezoksiribozadır.
Bəzi bitki polisaxaridlərinin tərkibində 6-dezoksihek-
sozalar geniş yayılmışdır. Bunlara metil-pentozalar da de-
yilir. Bu qrupa aid olan dezoksişəkərlərdən 6-dezoksi-d-
qlükoza, l-ramnoza, l-fukoza nisbətən ətraflı öyrənil-miş-
dir. L-Ramnoza bəzi bitki polisaxaridlərinin və qlü-kozid-
lərin, l-fukoza isə süddə olan oliqosaxaridlərin, bitki və heyvan mənşəli polisa-
xaridlərmin tərkibində aşkar edilmişdir.


42 
Dezoksişəkərlər üzvi həlledicilərdə adi şəkərlərə nisbətən yaxşı həll olur. 
Bu, dezoksişəkərlərin polyarlığının zəif olması ilə əlaqədardır.
3. Aminşəkərlər

hidroksil qruplarından birinin və ya bir neçəsinin yerin-
də amin qrupu olan monosaxaridlərdir. Bunlardan d-qlükozamin və d-qalak-
tozamin biosferdə nisbətən çox yayılmışdır. 
Qlükozamin hialuron turşusunun tərkibində olur; xərçəngin və həşəratların 
xarici skeletini təşkil edən xitin qlükozaminin polimeridir. Mukopolisaxarid-
lərin tərkibində asetat turşusu ilə birləşmiş heksozamin qalıqları olur. 
Aminşəkərlər aminlərin və monosaxaridlərin kimyəvi xassələrinə malik 
olurlar. Bütün aminlər kimi, aminşəkərlər də qələvi xassəli maddələrdir. Bun-
dan əlavə, aminşəkərlərin hidroksil və amin qruplarının bir-birinin yaxınlığında 
yerləşməsi ilə əlaqədar olan bəzi xassələri onları neytral şəkərlərdən fərqlən-
dirir.
Bakteriyaların hüceyrə membranlarında olan polisaxaridlərin tərkibində N-
asetilmuram turşusu adlanan şəkər törəməsi olur. Kimyəvi strukturuna görə
d-qlükozaminin törəməsi olan N-asetilmuram turşusunu asetilləşmiş d-qlüko-


43 
zaminlə süd turşusunun efir birləşməsi hesab etmək olar. İnsan və heyvanların 
hüceyrə membranlarında olan qlikoprotein və proteoqlikanların tərkibində isə 
bir qayda olaraq, N-asetil neyramin turşusu aşkar edilir. Bu birləşmə, kimyəvi 
strukturuna görə d-mannozaminin törəməsidir. N-asetil-neyramin turşusu və 
neyramin turşusunun digər O- və N-asil törəmələri ümumi şəkildə sial 
turşuları adı altında birləşdirilir. 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin