53
şikliyə uğrayır. Fiziki gərginlik, zehni fəaliyyət, müxtəlif mənşəli stress vəziy-
yətləri zamanı orqanizmin enerjiyə tələbatı dəfələrlə artır. Bu şəraitdə orqa-
nizmin enerji mənbəyi (qlükoza) ilə təmin edilməsində qlikogenin çoxşaxəli
strukturunun əvəzsiz rolu vardır.
Təmiz qlikogen ağ rəngli amorf toz şəklindədir; suda kolloid məhlul əmələ
gətirir, yodun təsirindən qırmızı rəngə boyanır; qələvilərin təsirinə davamlıdır.
Sonuncu xassədən qlikogeni toxumalardan ayırmaq məqsədilə istifadə edirlər.
Bundan ötrü, tədqiq edilən materialı 5-10 N qatılıqlı kalium-hidroksid məhlu-
lunda həll olana qədər qaynadırlar. Alınan məhlula eyni miqdarda spirt əlavə
edildikdə qlikogen çökür. Bu çöküntünü turş mühitdə tam hidroliz etdikdə
qlikogenin miqdarına müvafiq miqdarda qlükoza əmələ gəlir. Alınan qlükoza-
nın miqdarını kimyəvi analiz üsulu ilə müəyyənləşdirdikdən sonra, tədqiq
edilən toxumada qlikogenin neçə faiz olduğunu hesablamaq mümkündür.
Dostları ilə paylaş: