16
Azərbaycanda bioloji kimyanın inkişafı
Ölkəmizdə bioloji kimya elminin inkişafı ali təhsil sisteminin tarixi ilə
bağlıdır. Məlumdur ki, Azərbaycanda ilk ali təhsil müəssisəsi 1919-cü ildə təsis
edilən Bakı Dövlət Universiteti olmuşdur. Universitetin təsis edildiyi ilk illər
ərzində burada bioloji kimya fənninin tədrisi ilə digər kafedraların müəllimləri
məşğul olurdu və bu dövrə qədər Azərbaycanda biokimyəvi tədqiqat aparılmır-
dı. 1921-ci ildə əvvəllər Zaqafqaziya Universitetinin (Tbilisi) tibbi kimya və
farmakologiya kafedrasına rəhbərlik etmiş rus alimi V. D. M a l e n y u k
(1868-1932) Bakıya köçərək, burada BDU-nun 2 kafedrasına
–
ümumi
gigiyena və fizioloji kimya kafedralarına
–
rəhbərlik etməyə başladı. Lakin
biokimya elminə qəlbən bağlı olan V.D.Malenyuk 1926-cı ildə ümumi gigiyena
kafedrasının rəhbərliyindən öz arzusu ilə imtina edərək, ömrünün sonuna qədər
əmək fəaliyyətini bioloji kimya kafedrasında davam etdirdi. Bu illər ərzində
kafedra tibb fakültəsinin nəzdində olduğuna görə, burada aparılan tədqiqat işləri
də tibbi biokimya problemlərini əhatə edirdi. Məsələn, Azərbaycanda tibb
elminin ən görkəmli nümayəndələrindən biri olan akademik M.M.Mirqasımov
böyrək patologiyası zamanı orqanizmdə törənən biokimyəvi dəyişikliklərə həsr
edilmiş doktorluq dissertasiyasını bu kafedrada – V.D.Malenyukun rəhbərliyi
altında işləmişdir.
1930-cu ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsinin bazası əsasında
Azərbaycan Dövlət Tibb İnstitutu təşkil edildikdən sonra bioloji kimya
kafedrası bu institutun nəzdində fəaliyyət göstərmişdir.
1932-1937-ci illər ərzində ADTİ-nin (indiki Azərbaycan Tibb Universi-
tetinin) bioloji kimya kafedrasına H. İ. S ə f ə r o v rəhbərlik etmişdir. O,
kafedranın əməkdaşları ilə birlikdə insan və heyvan biokimyası (xüsusən
mineral maddələr mübadiləsi) sahəsində tədqiqat aparmışdır. Sonralar
H.İ.Səfərov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki Gəncə Dövlət
Kənd Təsərrüfatı Akademiyası) bioloji kimya kafedrası təşkil etmiş və
ömrünün axırına qədər (1964) həmin institutda elmi-pedaqoji fəaliyyətlə
məşğul olmuşdur.
1937-ci ildə ATİ-nin bioloji kimya kafedrasının rəhbərliyi A. S. H ə s ə n o-
v a (1900-1972) həvalə edilmişdir. Respublikada insan biokimyasının və tibbi-
biokimyanın sonrakı inkişafı məhz A.S.Həsənovun adı ilə bağlı olmuşdur.
1937-1972-ci illərdə kafedraya rəhbərlik edən A.S.Həsənov buradakı fədakar
əməyinə görə, Azərbaycan Respublikasının əməkdar həkimi (1942), əməkdar
elm xadimi (1943) kimi fəxri adlara layiq görülmüş, 1962-ci ildə Azərbaycan
SSR EA-nın müxbir üzvü seçilmişdir. Onun öz əməkdaşları ilə birlikdə
apardığı elmi-tədqiqat işlərinin əsasını vitaminlərin maddələr mübadiləsindəki
rolunun öyrənilməsi, respublikanın kurort amillərinin (o cümlədən “İstisu” mi-
neral suyunun və Naftalan neftinin) müalicəvi təsirinin tədqiqi, A vitamininin
provitamini olan karotinin təklikdə və Naftalan nefti ilə kompleks şəkildə
tətbiqi zamanı bir sıra patoloji proseslərin sağalma mexanizmlərinin araş-
dırılması təşkil etmişdir. Bu istiqamətlər üzrə aparılan elmi-tədqiqat işləri
sonralar əmək fəaliyyətini ADTİ-nin bioloji kimya kafedrasında və respub-
likanın müxtəlif elmi-tədqiqat institutlarında davam etdirən bir çox biokimyaçı
17
alimlərin namizədlik və doktorluq dissertasiyalarının əsasını təşkil etmişdir.
Ə.S.Həsənovun elmi məktəbinin yetirmələri olan A.Z.Babayev, Y.Baba-
yev, H.M.Əliyev, N.A.Rzayev, S.B.Tağızadə, A.M.Əfəndiyev, F.Q.İslamzadə
və digər alimlər sonralar öz elmi məktəblərini yaratmış, öz uğurlu elmi
fəaliyyətləri ilə Azərbaycan elminə şərəf gətirmişlər. Bunlardan A.Z.Babayev
toksikoloji kimya problemləri üzrə tədqiqat aparmış və 1972-1986-cı illərdə
ATU-nun eyniadlı kafedrasına rəhbərlik etmişdir. Y.Babayev elmi fəaliyyətini
Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda davam etdirmiş, bir sıra
antropozoonoz infeksion xəstəliklər zamanı insan və heyvan orqanizmlərində
törənən biokimyəvi dəyişiklikləri tədqiq etmişdir. H.M.Əliyev əczaçılıq
kimyası problemləri üzrə tədqiqat aparmış və uzun müddət ATU-nun eyniadlı
kafedrasına rəhbərlik etmişdir. O, indi də həmin kafedrada elmi-pedaqoji
fəaliyyətini davam etdirir. S.B.Tağızadə (1929-1998) elmi fəaliyyətini onkoloji
xəstələrdə karbohidrat mübadiləsinin tədqiqinə sərf etmişdir. N. A. R z a y e v
(1927-1981) zülal mübadiləsi, qanın və limfanın bioloji kimyası, gerontologiya
və geriatriyanın biokimyəvi aspektləri üzrə bir sıra əsaslı elmi-tədqiqat işlərinin
müəllifidir. O, A.S.Həsənovun vəfatından sonra
–
1973-1981-ci illərdə ATİ-nin
bioloji kimya kafedrasına rəhbərlik etmişdir. Kafedranın əməkdaşları
N.A.Rzayevin rəhbərliyi altında maddələr mübadiləsinin orqanizmin yaşı ilə
əlaqədar olan dəyişikliklərinin tədqiqi ilə məşğul olmuşlar. Bu tədqiqatlar sayə-
sində laktatdehidrogenaza, qələvi və turş fosfatazalar, qlükoza-6-fosfatdehid-
rogenaza və b. fermentlərin fəallığının ontogenezin müxtəlif mərhələlərindəki
dəyişiklikləri aşkar edilmişdir.
1981-ci ildən indiyə qədər ATU-nun bioloji kimya kafedrasına qısa fasilə
ilə A.S.Həsənovun məktəbinin nümayəndələrindən olan A. M. Ə f ə n d i y e v
rəhbərlik edir. 1984-1986-cı illərdə isə bu kafedra universitetin üzvi kimya
kafedrası ilə birlikdə fəaliyyət göstərirdi; bu müddət ərzində kafedra bioüzvi və
bioloji kimya kafedrası adlanırdı və kafedraya Azərb. EA-nın müxbir üzvü
R.A.B a b a x a n o v (1929-1983) rəhbərlik edirdi. 1987-ci ildə yenidən sərbəst
fəaliyyətə keçən bioloji kimya kafedrasında (kafedra müdiri
–
professor
A.M.Əfəndiyev) və bu kafedra ilə yanaşı fəaliyyət göstərən “Hüceyrə patolo
-
giyasının biokimyası” Problem Elmi-Tədqiqat laboratoriyasında son onilliklər
ərzində prostaqlandinlərin metabolizm xüsusiyyətləri, lipidlərin peroksid
oksidləşməsi və hüceyrələrin təbii antioksidant sisteminin vəziyyəti, hemoqlo-
binopatiyalı xəstələrdə biokimyəvi defektlərin və immun sistemin vəziyyətinin
tədqiqi, ürək əzələsinin hipertrofiyası zamanı kardiomiositlərdə baş verən
biokimyəvi dəyişikliklərin öyrənilməsi istiqamətlərində elmi-tədqiqat işləri
aparılmışdır. Hazırda burada insan biokimyası (tibbi biokimya) üzrə elmi-
tədqiqat işləri davam etdirilir.
XX əsrin ikinci yarısında Azərbaycanda elmi-tədqiqat institutları şəbəkəsi
-
nin genişlənməsi bioloji kimya elminin inkişafında da öz əksini tapmışdır.
Hazırda respublikamızın müxtəlif elmi-tədqiqat institutlarında, Bakı Dövlət
Universitetində, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında, Azərbaycan
Bədən Tərbiyəsi Akademiyasında, Azərbaycan Pedaqoji Universitetində bioloji
kimyanın müxtəlif elmi istiqamətləri üzrə tədqiqat işləri aparılır.
Respublikamızda bitki biokimyası və fiziologiyası sahəsində təməli elmi-
18
tədqiqat işlərinin aparılmasında və bu sahədə ixtisaslı kadrlar yetişdirilməsində
Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının akademiki C. Ə. Ə l i -
y e v i n əvəzsiz xidməti vardır. Elmi-Tədqiqat Botanika İnstitutunda çalışan
akademik C.Ə.Əliyevin bu sahədə apardığı tədqiqat işləri sayəsində respub-
likamızın təbii şəraitinə uyğunlaşdırılmış yüksək məhsuldarlıqlı buğda və digər
kənd təsərrüfatı bitkiləri əldə edilmişdir.
Hazırda Bakı Dövlət Universitetinin bioloji kimya kafedrasında prof.
A.Quliyevin rəhbərliyi altında texniki biokimya problemləri üzrə tədqiqat
aparılır
–
uzun müddət saxlanılan kənd təsərrüfatı məhsullarının mühafizə
edilməsinin biokimyəvi prinsipləri öyrənilir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ET Heyvandarlıq
İnstitutunun bioloji kimya laboratoriyasında müxtəlif kənd təsərrüfatı hey-
vanlarının xəstəliklərinin biokimyəvi əsasları tədqiq edilir. Azərbaycan Bədən
Tərbiyəsi Akademiyasının idman biokimyası kafedrasında funksional biokimya
üzrə tədqiqat aparılır, idmançıların orqanizmində müxtəlif fiziki gərginlik
şəraitində baş verən dəyişikliklər öyrənilir.
Azərbaycan Respublikası Milli EA-nın A.İ.Qarayev ad. Fiziologiya İnsti-
tutunun nəzdində olan mərkəzi sinir sisteminin biologiyası laboratoriyasında
akademiyanın müxbir üzvü, prof. T.M.Ağayevin rəhbərliyi altında beyində
maddələr mübadiləsinin xüsusiyyətləri tədqiq edilir. Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin müxtəlif elmi tədqiqat institutların müvafiq labora-
toriyalarında
–
M.A.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzində, Respublika
Onkoloji Elmi Mərkəzində, ET Mamalıq və Ginekologiya İnstitutunda
(laboratoriya rəhbəri
–
N.K.Qazıyeva) və s., həmçinin ATU-nun Elmi-Tədqiqat
Mərkəzində (rəhbəri
–
Q.Ş.Qarayev) klinik biokimya üzrə tədqiqatlar aparılır.
Azərbaycan biokimyaçılarının elmi-tədqiqat işlərinin əlaqələndirilməsində
1959-cu ildə təşkil edilmiş Azərbaycan Biokimyaçılar Cəmiyyətinin böyük
rolu olmuşdur. Bu cəmiyyətə 1959-1972-ci illərdə Azərb.SSR EA-nın müxbir
üzvü, prof, A.S.Həsənov, 1972-1981-ci illərdə respublikanın əməkdar elm
xadimi, prof. N.A.Rzayev, 1982-1998-ci illərdə Azərbaycan Respublikası Milli
EA-nın müxbir üzvü T.M.Ağayev rəhbərlik etmişdir. 1998-ci ildə Azərbaycan
Biokimyaçılar Cəmiyyətinin bazası əsasında Respublika Biokimyaçılar və
Molekulyar Bioloqlar Cəmiyyəti təşkil edilmiş və bu cəmiyyətin prezidenti
vəzifəsinə akademik C. Ə. Ə l i y e v seçilmişdir: cəmiyyət 1999-cu ildə
Avropa Biokimyaçılar Cəmiyyətləri Federasiyasının üzvlüyünə qəbul edil-
mişdir. Federasiyanın nəzdində bioloji kimyanın tədrisi komissiyası təşkil
edilmişdir. Bu komissiyaya üzv seçilmiş 8 nəfər biokimya mütəxəssisi arasında
Azərbaycan Respublikasının nümayəndəsi də vardır (prof A.M.Əfəndiyev). O,
adı çəkilən komissiyada MDB ölkələrinin yeganə təmsilçisidir.
|