Mühazirə 1 Butadien-nitril kauçukları



Yüklə 177,86 Kb.
Pdf görüntüsü
tarix08.10.2023
ölçüsü177,86 Kb.
#129843
növüMühazirə
л-1



Mühazirə 1 
Butadien-nitril kauçukları 
Butadien-nitril kauçuku (BNK) butadien və akrilnitrilin sopolimerləşmə 
məhsuludur. Sopolimerləşmə prosesi emulsiyada aparılır və komponentlərin 
nisbətini dəyişdirməklə alınan polimerlərin xassələrini lazım olan istiqamətə 
dəyişdirmək olar. 
Sopolimerləşmə prosesini yüksək və ya aşağı temperaturlarda həyata keçirmək 
mümkündür. 
Sopolimerin makromolekulu statik biri-birini əvəz butadien və akril turşusunun 
nitrili manqalarından tərtib edilmişdir. 
BNK-nun orta molekula kütləsi geniş molekulyar kütlə paylanması ilə 100-
300-mindir. Bu kauçuklar amorf olub saxlanma və dartılma zamanı şüşələşir. 
Tərkibində miqdarı aşağı (17-20%), orta (27-30%), yüksək (36-40%) və çox yüksək 
(50%) akril turşusunun nitrili olan polimerlər buraxılır və onlar müvafiq olaraq 
SKN-18, SKN-26, SKN-40, SKN-50 kimi işarə olunur. 
Əgər kauçuka rəngləməyən qocalmaya qarşı maddə qatıkarsa, kauçukun 
işarəsinə N hərfi əlavə edilir (məsələn SKN-18N). 
Fiziki xassələri.
BNK fiziki xassələri tərkibində olan akril-nitrilin miqdarından 
əhəmiyyətli dərəcədə asılıdır: 
 
SKN-18 
SKN-26 
SKN-40 
Sıxlığı, kq/m3 
943 
962 
986 
Şüşələnmə temperaturu, °C 
-55 
-42 
-32 
Dielektrik keçiriciliyi 
6,4 
10,2 
12,0 
Xüsusi həcmi elektrik müqaviməti, Om


6,5

10
8
 
3

10
7
 
1

10
7
 
Dielektrik itkilərinin bucaq tangensi 
0,205 
0,310 
0,315 
Həllolma parametri, (MC/m
3
)
1/2
 
 
19 
19,4 
20,2 


BNK ketonlarda, aromatik və xlorlu karbohidrogenlərdə, mürəkkəb efirlərdə 
yaxşı, alifatik karbohidrogenlərdə və spirtlərdə çox pis həll olur. 
Polimerdə birləşmiş akrilnitrilin miqdarı artdıqca polimer zəncirləri arasında 
molekullararası qarşılıqlı əlaqə və sıxlıqı əhəmiyyətli artır, şüşələnmə temperaturu 
yüksəlir, dielektrik xassələri aşağı düşür, aromatik həledicilərdə həllolma azalır və 
alifatik karbohidrogenlərdə şişməyə davamlılığı artır. 
Texnoloji xassələri
. Sopolimerləşmə prosesinin nizamlanmasından asılı olaraq 
müxtəlif plasto-elastiki xassələrə malik: çox bərk - Defoya görə bərkliyi 21,5-27,5N 
və yaxud Muniyə görə qatılığı 120 ş.v.-dən çox; bərk - Defoya görə bərkliyi 17,5-
21,5N və yaxud Muniyə görə qatılığı 50-70 ş.v. olan BNK buraxılır. 
Buna müvafiq olaraq çox bərk kauçukların işarələrinə T, yumşaq kauçuklarm 
işarələrinə M hərfi əlavə edilir. Kauçukların alınması zamanı emulqator kimi 
alkilsulfonatlardan istifadə edilərsə, onun işarəsinə S hərfi əlavə edilir. Məsələn: 
SKN-18MS göstərir ki, kauçukun tərkibində 18% birləşmiş akril turşusunun nitrili 
vardır, yumşaqdır və onun alınması zamanı bioloji parçalanan alkilsulfonat 
emulqatorundan istifadə edilmişdir.
BNK emal olunmasına onun molekullararası qarşılıqlı əlaqədən asılı olan 
böyük bərkliyi çətinlik yaradır. Müxtəlif markalı kauçukların emalı onların ilk 
qatılığından və həmçinin nitril qrupunun miqdarından asılıdır. Bütün tip bərk 
kauçuklar üçün qabaqcadan plastikasiya vacibdir və ən effektli plastikasiya 30-
40°C-də vərdənələrdə mexaniki plastikasiyanın aparılmasıdır. Plastikasiya sürətinə 
görə BNK aşağıdakı sıra üzrə yerləşdirilə bilər:
SKN-40>SKN-26>SKN-18 
BNK kauçukları üçün istilik oksidləşmə destruksiya az effektivlidir və praktiki 
olaraq tətbiq edilmir. BNK əsasında rezin qarışıqlarını rezinqarışdırıcılarda 
hazırlayan zaman böyük çətinliklər əmələ gəlir və buna səbəb qarışdırma zamanı 
böyük istiliyin əmələ gəlməsi ilə temperaturun artması nəticəsində kauçukların 
vaxtından əvvəl vulkanizasiyası və istilikdən tikilməsi nəticəsində qarışıqların 
bərkliyinin artmasıdır. 


Adətən BNK emal edərkən soyudulma ilə çox pilləli qarışdırma rejimlərindən 
və yaxud pillələr arası ana qarışığın saxlanılması tətbiq edilir. 
BNK əsasında rezin qarışıqları az konfeksiya yapışqanlığına malikdir. 
Qarışıqların formalaşması kauçukların yüksək bərkliyi və böyük elastiki bərpa 
olunması səbəbli çətinləşir. Aşağı temperaturlu sopolimerleşmə üsulu ilə alman 
kauçulclar «isti» sopolimerləşmə üsulu ilə alman kauçuklardan fərqli olaraq yaxşı 
texnoloji xassələrə malikdir.

Yüklə 177,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin