41
səf durduğu halda, bu nə tüğyan idi ki, bu vilayətə saldınız? Bir para cibkəsənlərin
sözü ilə özünüzü və əhli-əyallarınızı min dürlü bərabər dünya edərək əli qoynunda
zar və giryan qoyub, özünüzlə bərabər dünya əhlini də tamam narahat edib, dərdü
qəm dəryasına qərq eləmisiniz.
Ayrı-ayrı şəhərlərdə və kəndlərdə ermənilərin bais olduğu fitnə-fəsadlar
nəticəsində nahaq qanlar tökülmüş, hesabsız dərəcədə mallar talan və qarət edilmiş,
hesabsız sayda imarətlər, dükanlar, karxanalar yandırılaraq viran edilmiş, minlərlə
kişilər və övrət-uşaqlar öldürülmüş və yandırılmışdır. Bununla da onlar (ermənilər)
hesabsız sayda övrətlərin dul
və sahibsiz, uşaqların isə yetim, kimsəsiz qalmasına
səbəb olmuşdular.
Qu quşu tükündən tikilən mütəkkələrə baş qoyub söykənməyə naz edənlər,
şal və tirmə yorğan-döşəklərdə yatmaq istəməyən şəxslər indi bir köhnə paltonun
içində üryan və zaru giryan qalıb. Övrət-uşaqlar, tanınmış adamlar yuvası dağılmış,
evləri və imarətləri tar-mar edilərək yandırıldığından tərki-vətən olub, külfətli və
külfətsiz başqa vilayətlərə getməyə məcbur olmuş və onlardan bir çoxu səfil həyat
keçirməyə məcbur olmuşdur.
Mən bilmirəm fitnə-fəsad törədib xalqı qırğına verən bu erməni quldurları o
dünyada sorğu-sual zamanı adil Allaha nə cavab verəcəklər.
Bu
qədər zülm, sitəmkarlıq, insafsızlıq və özbaşınalıqla bu əyalətdə
bayrağınızı qaldırmaq istəyirsiniz. Lakin ona nail olmayacaqsınız. Bəli, o padşahlıq
bayrağı ucalarsa, əvvəl onun altına başı-gözü mismarlanmış, burnu-qulağı
kəsilmiş, başları
daş və çəkiclə əzilmiş, bədənləri zülm odu ilə odlandırılmış
şəxslərin övladları gəlib sizdən sorğu—sual edəcəkdir. Bunu yəqin bilin ki, bu
zülmlərin əvəzi çox tezliklə onu törədənlərdən çıxılacaq. Allah-təala da bu zülmləri
törədənlərə rəhm etməyəcəkdir. Əlbəttə, bu zülmləri edən quldurlardan tezliklə bu
dünyada qisas alınacaq və axirətdə də onun cəzasını çəkəcəklər.
Dostları ilə paylaş: