Mir Möhsün NƏvvab


  QAYBALI KƏNDİNİN ƏHVALATI



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə34/55
tarix09.10.2023
ölçüsü1,09 Mb.
#129867
1   ...   30   31   32   33   34   35   36   37   ...   55
Mir Mohsun Navvab - Armenian-Muslim Conflict in 1905-1906 1993

 


53 
QAYBALI KƏNDİNİN ƏHVALATI 
 
Xəlfəlilər belə bir tədbir görmüşdülər ki, şəvval ayının 18-də gecə qəflətən 
Qaybalı kəndinin üzərinə hücum edərək oranı darmadağın etsinlər. Bir naxələf, zatı 
qəliz müsəlman gedib Qaybalı ermənilərini xəlfəlilərin tədbirindən xəbərdar edir. 
Ermənilər tədbirdən xəbərdar olan kimi Qalaya və kəndlərə adamlar göndərib 
tezliklə kömək göndərmələrini tələb edirlər. Hər yerdən ermənilər cəm olub 
Qaybalıya gəlirlər. Köməyə gələn ermənilər iki yerə bölünərək bir qismi kəndi 
mühafizə etmək üçün orada qalır, digər qismi isə silahlarını götürüb başqa bir 
yerdə gizlənirlər. Gecədən 4 saat keçdikdən sonra 30-40 nəfər xəlfəli və neçə nəfər 
kürd tayfasından hamısı silahlı Qaybalının üzərinə hücuma keçdilər. Onlar əvvəlcə 
iki dənə mərəyə od vurdular. Ondan sonra kəndi gülləyə tutdular. Kənd əhli 
hücumdan qabaqcadan xəbərdar olmasına baxmayaraq, nalə və fəryadları göyə 
ucaldı. Onların bir parası tüfəng atmağa, qışqırıq salmağa və bir parası isə yalvarıb 
Həzrəti-Abbası köməyə çağırmağa başladılar. Xülasə, bunları gülləbaran edib 
atışırdılar. Ermənilərdən 11 nəfər qətlə yetirilmişdi ki, bu vaxt pusquda durmuş 
ermənilər Qaybalı yaxınlığında yerləşən bir neçə müsəlman evlərinin üzərinə 
hücum çəkdilər. Bu evlərdə yaşayan müsəlmanların babası laçınlı Məhəmməd 
ləqəbi daşımış məşhur aşpaz olmuşdu. Ermənilər həmin laçınlıların evlərini 
gülləbaran etməyə başladılar. Onların aş qazanlarına da od vurub yandırdılar. 
Əhvalatdan xəbərdar olan kimi müsəlmanlar Qaybalıdan qayıdıb laçınlılara 
köməyə gəldilər. Onlar erməniləri gülləbaran edərək oradan qovdular. Nəhayət, 
atışma dayandı və sakitlik yarandı. 
20 ŞƏVVAL 1323 (1905)-ci İLDƏ PİRƏMƏKİDƏ BAŞ VERƏN ƏHVALAT 
 
Bu günlərdə Qala igidlərindən və gözətçilərindən ibarət müsəlmanlar 
atlanıb Malıbəyliyə gəldilər. Oradan da bir neçə gənc bələdçilər bunlara qoşulub 
atlarını birbaşa Pirəməki deyilən yerə sürdülər. Pirəməki Şuşakənd ermənilərinin 
ot-ələf və əkinçilik yerləri idi. Həmin yerdə böyük-böyük ot tayaları var idi. 
Ermənilərin biçib yığdıqları 150 tayaya və neçə mərəklərə, talvarlara od vurub 
yandırdılar. Ot tayalarının alovları Qaladan görünürdü. Tayalar yandırıldıqdan 
sonra müsəlmanlar rus kazakları ilə sözü bir yerə qoyub Pirəməkidəki bütün 
məxzənlərdə və quyularda olan arpa və buğdanı çıxarıb arabalara yükləyib özlərinə 
mal etdilər. 
Həmin günün sabahı divan əhli Pirəməkiyə gəldi. Ətrafı, dağları və meşələri 
təftiş etməyə başladılar. Təftiş zamanı Malıbəylidə baş vermiş erməni-müsəlman 
davası nəticəsində həlak olmuş iyirmi nəfər erməninin meyidini tapdılar. Onların 
hamısının patrondaşları əyinlərində, tüfəngləri isə yanında düşüb qalmışdı. 
Bunların əksəriyyəti yaralı olduğundan qaçıb özlərini xilas etmək istəyiblərsə də, 


54 
mümkün olmayıb. Hərəsi bir yanda yıxılıb ölüblər. Ermənilərin divana verdiyi 
məlumata görə, 107 nəfər erməni ölmüşdü. 
Təəccüb və təəssüf doğuran budur ki, erməni milləti bu qədər can və mal 
xəsarətinə düçar olsalar da, tutduqları əməldən bir nəticə çıxarmayıb nə peşiman 
olurlar, nə də qəflət yuxusundan ayılırlar. Hər şəhərin və hər kəndin içində, ömrü 
boyu öz əməyi ilə iki qara pul qazanmayan və həmişə fitnə-fəsadlar törədərək 
milləti min cür bəlalara düçar edən qımdatlar yazıq sadə erməniləri hədələyərək 
onların zəhmətlə qazandıqları pullarını min bəhanə ilə əllərindən alıb ciblərini 
doldurur və kefləri də istəyəndə min cür hiylələr işlədib həm onları, həm də 
başqalarını öldürürdülər. Övrət və uşaqlarını isə ac və yalavac, gözləri yaşlı 
qoyurlar. 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin