761) Revmatik endokarditdə ürəyin hansı qapaqları zədələnir? A) Pulmonal qapaq
B) Mitral qapaq
C) Aortal qapaq
D) Aortal və mitral qapaq
E) Botal axacaq
Ədəbiyyat: A. A. Əyyubova. Uşaq xəstəlikləri . Bakı 2008. səh. 228
762) Uşaqda arterial təzyqin aşağı olması nə ilə əlaqədardır? A) Sol mədəciyin kiçik, arteriyanın mənfəzinin dar olması
B) Sol mədəciyin həmçinin kiçik, arteriyanın mənfəzinin geniş olması
C) Sol mədəciyin geniş , arteiyanın mənfəzinin dar olması
D) Venaların dar olması
E) Arteriyanın mənfəzinin dar olması
Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatom - fizioloji xüsisiyyətləri. səh. 132
763) Uşaqlarda döş kifozu necə aylıqda əmələ gəlir? A) 10 - 11
B) 8 - 9
C) 6 - 7
D) 14 - 15
E) 12 - 13
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 50
764) Südəmər uşaqlarda rinit zamanı tənəffüsün pozulması nə ilə müşahidə olunur? A) Döş əmmənin çətinləşməsi
B) Qusma
C) Diareya
D) Boğulma
E) Çəkinin azalması
Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatom - fizioloji xüsisiyyətləri. səh. 23
765) Larinqotraxeitin ağırlaşması nədir? A) Bronxit
B) Qırtlaq stenozu
C) Qırtlağın genişlənməsi
D) Otit
E) Plevrit
Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatom - fizioloji xüsisiyyətləri. səh. 21
766) Uşaqlarda burun - udlaq keçəcəyinin iltihabı necə adlanır? A) Bronxit
B) Rinit
C) Traxeit
D) Nazofaringit
E) Laringit
Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatom - fizioloji xüsisiyyətləri. səh. 21
767) Mərkəzi sinir sisteminin zədələnməsi zamanı ürək fəaliyyətini tənzimləmək üçün hansı istifadə olunur?
A) Kalium
B) Heparin
C) Kalsium
D) Qlükoza
E) Korqlükon
Ədəbiyyat: Ə. Tağıyev. Neonatalogiya. səh. 467