Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 147
926) Bu patologiyaların hansında tetanus əleyhinə zərdab və anatoksin vurulur?
A) Sarğı nahiyəsinin absesində
B) Bazunun çıxığında
C) Kəskin irinli plevritdə
D) Bazu boynunun qapalı sınığında
E) Başın yumşaq toxumalarının yaralanmalarında
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 150
927) Kəsilmiş yara üçün hansı xarakterikdir?
A) Yara ağzının kənarlarında hematomaların olması
B) Yara ağzının girintili-çıxıntılı olması
C) Yara ağzının kənarlarının hamar olması
D) Yara kanalının uzun və dar olması
E) Daxili qanaxma
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 124
928) Endoskopik müayinədən əvvəl hansı anesteziya növündən istifadə olunur?
A) Sürtməklə yerli anesteziya
B) Xloretil ilə anesteziya
C) Regionar anesteziya
D) Peridural anesteziya
E) İnfiltrasion anesteziya
Ədəbiyyat: B.Q. Steçyuk.Sestrinskoe delo v xirurqii Moskva izdatelskiy dom QEOTAP-
MED 2001. Səh. 179
929) Əməliyyatdan sonrakı gün cərrahi yaranın ilkin sarğısı necə aparılır?
A) Yara yodonatla işləndikdən sonra quru aseptik sarğı qoyulur
B) Yara üzərinə məlhəm qoyulur
C) Yara hidrogen peroksid H2O2 məhlulu ilə işlənməsi
D) Drenajla yaranın yuyulması
E) Tikişlərin bir qisminin sökülməsi
Ədəbiyyat: B.X.Abasov. “Ümumi cərrahlıq”. Bakı 1985. Səh. 196
Dostları ilə paylaş: