Tibb bacısı Pediatriya Üzrə Test Tapşiriqlar


) Stasionarda xəstənin vəziyyəti qəfildən dəyişib. Psixomotor oyanıqlıq qeyd



Yüklə 8,24 Mb.
Pdf görüntüsü
səhifə193/196
tarix11.10.2023
ölçüsü8,24 Mb.
#129946
1   ...   188   189   190   191   192   193   194   195   196
2022-02-17 09-47-51 (1)

1198) Stasionarda xəstənin vəziyyəti qəfildən dəyişib. Psixomotor oyanıqlıq qeyd 
olunur. Ünsiyyətə daxil olmur, ətrafdakılara və özünə zərər yetirir. Tibb bacısı nə 
etməlidir? 
A) Təkidlə ünsiyyətə daxil olmağa çalışmalı 
B) Xəstənin vəziyyətindəki dəyişiklik barədə dərhal həkimə xəbər verməli 
C) Təyin olunan dərmanların dozasını artırmalı 
D) Xəstəni təmiz havaya çıxarmalı 
E) Xəstəni qaranlıq otağa qapatmalı 
Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. 
Səh.453 
1199) Afaziya nədir? 
A) Düşüncə pozuntusu 
B) Yaddaş pozuntusu 
C) Nitq pozuntusu 
D) Yuxu pozuntusu 
E) Diqqət pozuntusu 
Ədəbiyyat: R.Şirəliyeva: “Sinir xəstəlikləri”. Bakı 2003. Səh 103 
1200) İsterik tutma zamanı tibb işçisinin taktikası necə olmalıdır? 
A) Xəstəyə yarımoturaq vəziyyət verməli 
B) Oksigen verməli 
C) Başa hündür vəziyyət verməli 


D) Xəstəni yumşaq bir yerə uzatmalı, kənar şəxsləri uzaqlaşdırmalı 
E) Başa buz qoymalı 
Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. 
Səh.458 
1201) Beyinə qan sızan xəstə hansı vəziyyətdə daşınmalıdır? 
A) Gövdənin vəziyyəti tez-tez dəyişdirilməli 
B) Ayaqları yuxarı qaldırılmalı 
C) Xəstəni təcili yardım nəqliyyatı ilə xəstəxanaya çatdırmaq 
D) Başın vəziyyəti tez-tez dəyişdirilməli 
E) Başa hündür vəziyyət verilməli 
Ədəbiyyat: Z.Salayeva: “Sinir xəstəlikləri”. Bakı 1983. Səh 58. 
1202) Alkoqolla zəhərlənmə zamanı ilk təxirəsalınmaz yardım : 
A) Təmiz havaya çıxartmaq 
B) Başına buz qoymaq 
C) Zond vasitəsilə mədənin yumaq, qarın işlədici duzlar vermək, sürətləndirilmiş diurez 
D) Sıxıcı paltarlardan azad etmək 
E) Ayaqlarına isitqac qoymaq 
Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Bakı 1990. Səh 
567 

Yüklə 8,24 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin