Tibb bacısı Pediatriya Üzrə Test Tapşiriqlar


) Əzələ daxili inyeksiya sağrının hansı nahiyəsində(kvadrantında) aparılır?



Yüklə 8,24 Mb.
Pdf görüntüsü
səhifə43/196
tarix11.10.2023
ölçüsü8,24 Mb.
#129946
1   ...   39   40   41   42   43   44   45   46   ...   196
2022-02-17 09-47-51 (1)

256) Əzələ daxili inyeksiya sağrının hansı nahiyəsində(kvadrantında) aparılır? 
A) Aşağı içəri 
B) Sağrının orta hissəsində 
C) Yuxarı içəri 
D) Yuxarı xarici 
E) Aşağı xarici 
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 152 . “ Təhsil ” Bakı 1998. 
257) Mədənin yuyulmasına əks-göstəriş hansıdır? 
A) Qida zəhərlənmələri 
B) Dərman zəhərlənmələri 
C) Mədə turşuluğunun artması 
D) Qida borusundan olan qanaxmalar 
E) Alkoqolla zəhərlənmələr 
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh .190 .” Təhsil ” Bakı 1998. 
258) Aşağıda göstərilənlərdən hansı zondun ucunun mədədə olmadığını göstərir? 
A) Xəstə hıçqırır 
B) Xəstə öyüyür 
C) Zondla mədəyə maye yeridilir 
D) Zonddan mədə möhtəviyyatı xaric olur 
E) Xəstə göyərir, narahat olur 
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ” .Səh. 57 “ Çıraq 
” 2008 
259) İnyeksiyadan dərhal sonra xəstədə təngnəfəslik, taxikardiya, huşun itməsi baş 
verərsə bu hansı ağırlaşmanın baş verdiyini göstərir? 
A) Sepsis 
B) Sinir kötüklərinin zədələnməsi 
C) Tromboflebit 
D) Anafilaktik şok 
E) Abses 
Ədəbiyyat: C.N.Hacıyev : R.Y.Əliyev . Xəstələrə qulluq .Səh. 162 . “ Təhsil ” Bakı 1998. 
260) Lipodistrofiya (inyeksiya yerində piy toxumasının itməsi) əsasən hansı 
dərmanın yeridilməsindən sonra müşahidə olunur? 


A) Narkotiklər 
B) Antibiotiklər 
C) Vaksinlər 
D) Vitaminlər 
E) İnsulin 
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh.160 . “ Təhsil ” Bakı 1998 
261) Müayinə üçün əsnəkdən material götürərkən tibb bacısı aşağıda 
sadalananlardan hansını düz etmir? 
A) Yaxmanı xəstə ağzını dezinfeksiyaedici məhlulla yaxaladıqdan dərhal sonra götürür 
B) Əsnəkdən yaxma götürərkən dili şpatellə tutub saxlayır 
C) Yaxmanı zədələnmiş nahiyə ilə sağlam selikli qişa arasındakı sərhəddən götürür 
D) Analiz üçün materialı əsnəkdən steril pambıq tamponla götürür 
E) Əsnəkdən götürülən yaxma tez quruduğuna görə laboratoriyaya tez çatdırır 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.51 Bakı 
2008. 

Yüklə 8,24 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin