Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə26/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   98
Müh 2016

Mövzu: 4.1 Kimyəvi silah.
Kimyəvi silahlardan istifadə beynəlxalq konvensiyalarla qadağan edilir. 1992ci 
ildə BMT-nin 47-ci Baş Assambleyasında Konvensiyanı imzalamaq təklif 
edilmişdir. İmzalanma mərasimi Fransa Prezidentinin təşəbbüsü ilə Parisdə 13 
yanvar 1993-cü ildə həyata keçirildi. Ötən dövr ərzində Azərbaycan (13 yanvar 
1993-cü il) da daxil olmaqla 160 dövlət konvensiyanı imzalamışdır. 65-ci ölkə olan 
Macarıstan tərəfindən ratifikasiya olunduqdan sonra, 29 aprel 1997-ci ildə 
konvensiya qüvvəyə mindi. Azərbaycan konvensiyaya 9 noyabr 1999-cu ildə 
qoşulmuş və o 30 mart 2000-ci ildə konvensiya Azərbaycanda qüvvəyə minmişdir. 
Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) Haaqada fəaliyyət göstərir. 
Konvensiyaya üzv dövlətlərin hər biri heç zaman və heç bir şəraitdə kimyəvi 
silahları artırmamaq, istehsal etməmək, əldə etməmək və ehtiyatda saxlamamaq 
barədə öhdəlik götürmüşlər. Konvensiya 2-10 il dövr ərzində kimyəvi silahların və 
onların məhsullarının tamamilə məhvi üçün nəzərdə tutulmuşdur. Konvensiya 
çərçivəsində qadağan olunmayan hallar, sülh məqsədləri üçün vasitələr, yəni 
sənaye, kənd təsərrüfatı, əczaçılıq, tibbi və digər vasitələr istisna olmaqla, hərbi 
sursatlar ilə birlikdə zəhərli kimyəvi maddələrin və onların məhsullarının məhv 
edilməsi konvensiyada nəzərdə tutulmuşdur. Axırıncı dəfə kütəvi olaraq kimyəvi 
silahdan Birinci dünya müharibəsində istifadə olunub. 
 Kimyəvi silah
– kütləvi qırğın silahı olub, bəzi kimyəvi birləşmələrin (zəhərli 
maddələrin) insan orqanizminə toksiki təsir etməsinə əsaslanır. Zəhərləyici 
maddələr və onların döyüş məqsədilə tətbiq vasitələri kimyəvi silah adlanır. 
Kimyəvi silahın zəhərləyici təsirinin əsasını zəhərləyici maddələr təşkil edir. 
Zəhərləyici maddələr (ZM) kimyəvi birləşmələr olub, mühafizə olunmamış canlı 
qüvvənin zədələnməsinə və ya onun döyüş qabiliyyətinin azalmasına, texnikanın 
və ərazinin zəhərlənməsinə səbəb olur. 


Zədələyici xüsusiyyətlərinə görə ZM digər döyüş vasitələrindən fərqlənir. Onlar 
hava ilə müxtəlif tikililərə, zirehli texnikaya və digər döyüş texnikasına daxil olur 
və onlarda olan insanlara zədələyici təsir göstərir; ZM havada, ərazidə və müxtəlif 
obyektlərdə uzun müddətə öz zəhərləyici təsirini saxlaya bilir; böyük həcmli hava 
kütlələri ilə böyük sahələrə yayılaraq onların təsir sferasında olan bütün mühafizə 
olunmayan insanlara zədələyici təsir göstərir; ZM buxarları külək istiqamətində 
kimyəvi silahın bilavasitə tətbiq edildiyi sahədən çox uzaq məsafələrə yayılır. 
Kimyəvi silahı tətbiq etdikdə ZM döyüş vəziyyətinə gətirilir: buxar, aerozol, 
damcı.Kimyəvi silah tətbiq olunan rayonlarda kimyəvi zəhərlənmə ocağı yaranır. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin