Kimyəvi zəhərlənmə ocağı – o əraziyə deyilir ki, kimyəvi silahın və ya güclü
təsirli zəhərləyici maddələrin təsiri nəticəsində orada əhalinin, heyvanların və
bitkilərin zədələnməsi baş verir. Kimyəvi zəhərlənmə ocağı iki zonaya – ZM ilə
bilavasitə zəhərlənən əsas zonaya və ZM-n buxar aerozolları yayılan ikinci zonaya
bölünür.
Zəhərləyici maddələr aşağıdakı məqsədlərlə tətbiq olunur: • canlı qüvvənin tam məhv edilməsi və ya müvəqqəti olaraq sıradan çıxarılması -
əsasən sinir-ifledici ZM bu məqsədlə tətbiq olunur;
• canlı qüvvənin müəyyən müddət ərzində mühafizə tədbirləri yerinə yetirməsini
görə manevr etməsini çətinləşdirmək, atəşin sürətini və dəqiqliyini azaltmaq
üçün—bu məqsədlə sinir-iflicedici və dəri-zədələyici təsirli ZM tətbiq olunur;
• düşmənin döyüş zamanı uzun müddətə mübarizəsini çətinləşdirmək və şəxsi
heyətin itkisini artırmaq məqsədilə—davamlı ZM tətbiq edilir;
• ərazini zəhərləməklə rəqib qüvvələri döyüş pozisiyasını tərk etməyə vadar etmək
məqsədilə.
Kimyəvi silahın tətbiqi vasitələri aşağıdakılardır: • kimyəvi raketlər;
• reaktiv qurğular;
• kimyəai reaktiv və artilleriya mərmi və minaları;
• kimyəvi aviasiya bombaları və kassetləri;
• kimyəvi fuqaslar;
• qranatlar;
• zəhərli tüstü bombaları və aerozol generatorları;
• püskürdücü aviasiya cihazları və s.
Partladıcının tipindən asılı olaraq
kimyəvi aviasiya bombaları zərbə və məsafədən
təsir növlərinə bölünür. Birincilər torpağa və ya digər maneələrə toxunduqda
parlayır, ikincilər müəyyən hündürlükdə havada partlayır.
Az kalibrli bombalar kassetlərdə tətbiq olunur.
Püskürdücü aviasiya cihazları nazik divarlı metaldan hazırlanmış rasional
rezervuar olub tutumu bir neçə yüz litrə qədərdir. Rezervuarlara maye halında ZM
doldurulur, tətbiq edilərkən damcı-maye halında torpağa çökür, həmin ərazidə fərdi
mühafizə vasitəsi olmayan və sığınacaqlardan kənarda olan insanları zəhərləyir.