Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan


ZM təsnifatı müxtəlif əlamətlərə görə aparılır. Hal-hazırda ZM aşağıdakı



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə28/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   98
Müh 2016

ZM təsnifatı müxtəlif əlamətlərə görə aparılır. Hal-hazırda ZM aşağıdakı 
təsnifatı qəbul edilmişdir. 
1
. Zədələnmənin əsas kliniki simptomuna görə (ZM kliniki, toksikoloji təsnifatı) 
ZM 6 qrununu pyırd edirlər: sinir-iflic edici (zarin, zoman), dəri-zədələyici (iprit, 


lyuzit), ümumi təsirli (sinil turşusu, xlorsian), boğucu təsirli (fosgen, difosgen), 
psixogen təsirli (Vi-qazlar), qıcıqlandırıcı təsirli (adamsit, xlorpikrin, 
xlorasetofon). 
2.
Ərazidə toksiki təsirini saxlamaq qabiliyyətinə və hidrolizə meylliliyinə görə 
(taktiki klasstfikasiya) ZM 2 qrupu ayırd edilir: davamsız (sipnid turşusu, xlorsian, 
fosgen, difosgen), yüksək uçuculuq və ətraf ərazini qısa müddətə zədələyən və 
davamlı (iprit, zoman), ləng buxarlanan və uzun müddətə ərazini zədələyən 
(saatlar, günlər, həftələr və hətta aylar). 
3.
Zədələnmənin nəticələrinə görə: öldürücü təsirli ZM (xarin, xoman, sianid 
turşusu, iprit və s.); insanları normal vəziyyətdən qısa mıddətə çıxaran (psixogen 
təsirli ZM). 
4
. Təsir müddətinə görə: tez təsir edən-təsiri qısa müddətdən sonra özünü büruzə 
verir (Vi-qazlar); ləng təsirli (saatlar və ya daha sonra). Belə ZM tipik 
nümayəndələri azotlu və kükürdlü ipritlər, fosgen, difosgen. 
5.
Tətbiq edilməsi ehtimalına görə 2 qrupa bölünür. Birinci qrupa fosforlu üzvü 
birləşmələr, iprit aiddir. Onları «tabel vasitələri» adlandırırlar və tətbiq edilmə 
ehtimallə ZM-dir. Bütün digər ZM «məhdud ehtimallı və ehtiyatda olan ZM» 
adlanır. 
ZM ərazidə davamlılığı—bu onun tətbiq edildiyi andan, şəxsi heyətin zədələnmiş 
sahəni tərk etməsinə qədər və ya orada mühafizə vasitələrsiz qala biləcəyi 
müddətdir. ZM orqanizmə tənəffüs üvləri (inhalyasion), yara səthi, selikli qişalar 
və dəri örtükləri (dəri-rezorbtiv) vasitəsilə daxil olur. Zəhərlənmiş qida və sudan 
istifadə etdikdə zədələnmə mədə-bağırsaq yolu vasitəsilə baş verir. ZM çoxu 
kumulyativ xüsusiyyətə, yəni toksiki effektin toplanması xüsusiyyətinə malikdir 
Ölümcül təsirli ZM canlı qüvvəni uzun müddətə sıradan çıxarır. Müvəqqəti olaraq 
sıradan çıxaran ZM insanlarda psixi pozğunluq əmələ gətirir. Qıcıqlandırıcı təsirli 
ZM canlı qüvvənin əzab çəkməsi üçün nəzərdə tutuliuşdur. 
Zədələyici təsirin tezliyinə görə ZM dərhal təsir göstərən, ləng təsir göstərən 
növlərə ayrılır. İkincilərin zədələyici təsiri bir neçə müddətdən sonra (gizli dövr) 
özünü göstərir.Tətbiqindən sonra zəhərli təsirnin nə qədər müddətə davam 
etməsinə görə ZM davamlı və davamsız növlərə bölünür. 
ZM davamlılığı onların fiziki və kimyəvi xüsusiyyətlərindən, tətbiqi üsulundan, 
meteroloji şəraitdən, tətbiq edildiyi ərazinin xarakterindən asılıdır. Davamlı ZM öz 
zədələyici təsirini bir neçə saatdan bir neçə həftəyə qədər saxlayır. Onlar ləng 
buxarlanır, havanın və ya nəmişliyin təsirindən az dəyişikliyə uğrayır. 
Davamsız ZM öz zədələyici təsirni açıq yerlərdə bir neçə dəqiqəyə, durğun 
yerlərdə (meşələrdə, vadilərdə, tikililərdə) –on dəqiqə və ya daha artıq saxlayır. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin