Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan


Bi-Zet – iysiz, dadsız, ağ kristallik maddədir.  Toksiki xassələri



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə34/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   98
Müh 2016

Bi-Zet
– iysiz, dadsız, ağ kristallik maddədir. 
Toksiki xassələri
: Bi-zet insan orqanizminə nəfəsalma, həzm sistemi və ya dəri 
vasitəsi ilə düşə bilər. Ölümcül zəhərlənmə halları BZ üçün xarakterik deyil. 
Ancaq yaşlı insanlarda, uşaqlarda və tənəffüs yolları xəstəlikləri olan insanlarda 
ölüm halları ola bilər. 
Zəhərlənmələr zamanı göz bəbəklərinin böyüməsi, ürək döyünməsinin 
sürətlənməsi, baş gicəllənməsi, əzələ zəifliyi əlamətləri meydana gəlir. 30-60 dəq. 
sonra diqqət və yaddaşın zəifləməsi baş verir, ətraf qıcıqlandırıcılara qarşı reaksiya 
azalır. Zəhərlənmiş şəxs orientiri itirir, psixoloji oyanma əlamətləri əmələ gəlir. 
Neqativizm inkişaf edir və zəhərlənmiş insan ona təklif edilənlərin əksini edir. 
Zəhərlənmənin ayrı-ayrı əlamətləri 5 sutkayadək saxlanılır. 
İlk yardım:
Zəhərlənənlərə tibbi yardım ancaq tibb müəssisələrində göstərilə bilər, 
çünki müalicə üçün zəhərlənmənin dəqiq diaqnozu qoyulmalıdır ki, zəruri olan 
dərman preparatlarından istifadə edilsin. 
DLT
- dimetilamid lizergin turşusu rəngsiz, dadsız və iysiz kristall maddədir. Suda 


yaxşı həll olur.
Toksiki xassələri
: DLT kiçik dozalarda həzm sisteminə, aerozolları ilə nəfəs 
aldıqda, dəri və yara vasitəsi ilə qana keçdikdə insan psixikasına təsir göstərir. 
DLT ilə zəhərlənməni 3 fazaya ayırırlar: başlanğıc, psixoz, sonuncu. 
Başlanğıc faza hər şeydən əvvəl subyektiv hissiyyatlarla başlayır. İnsan 
orqanizminə DLT daxil olduqdan 15-20 dəq. sonra yorğunluq, həyəcan, baş 
gicəllənməsi, baş ağrısı, ürək nahiyəsində xoşagəlməz ağrılar, əllərin soyuması və 
titrəməsi əlamətləri baş verir. Eyni vaxtda dərinin qızarması, yaxud solğunlaşması, 
istilik yaxud soyuqluq hissləri, tərləmə, güclü selik axması və ürəkbulanma 
əlamətləri müşahidə olunur. Göz bəbəkləri genişlənir, nəbz sürətlənir, tənəffüs isə 
zəifləyir. Başlanğıc faza dozanın miqdarından və DLT-nin orqanizmə daxil olma 
yollarından asılı olaraq 40 dəqiqədən 1,5 saata qədər davam edə bilər. 
Psixoz faza zəhərlənmiş insanın emosional əhvalının dəyişməsinə və özünü 
aparmasına təsir edir. Bəzi insanlarda əhvalın pis olması, vahimə hissi, iradənin 
zəifləməsi, depressiya, digərlərində isə yüksək hal-əhval, səbəbsiz gülüş, yersiz 
danışıqlar və aqressiv hərəkətlər meydana çıxır. Bu hisslər 5-8 saat davam edir. 
Sonuncu fazada somatik və vegetativ pozğunluqlar yox olur. Bu faza 16-18 saat, 
hərdən 1,5-2 sutkayadək davam edir. 
İlk yardım:
Hazırda psixokimyəvi zəhərləyici maddələrin orqanizmdə əmələ 
gətirdiyi biokimyəvi dəyişikliklər lazımi qədər öyrənilməmişdir. Əgər 
psixokimyəvi zəhərləyici maddələr mədəyə düşərsə, onu yaxşı yuduqdan sonra 10-
15 qram aktivləşdirilmiş kömür verilir. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin